Ana səhifə
22 Noyabr 2018

Bakı sakinlərinə xoş xəbər

Gələcəkdə Xəzərdə elektriklə işləyən nəqliyyat vasitələri olacaq

 

 

Ekoloji və akustik çirklənməni aradan qaldırmaq üçün yeni nəqliyyat növlərindən istifadə olunacaq. Gələcəkdə Bakının küçələrində günəş batareyası ilə işləyən nəqliyyat vasitələrini də görəcəyik.

 

Ucnoqta.az” xəbər verir ki, bunu Bakı Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev ANS PRESS-ə bildirib.

 

O, qeyd edib ki, elektrik nəqliyyatının populyar növü və şəhərin bir atributu kimi tramvaylardan yenidən istifadə olunması da gözlənilir. Sərnişinlər gələcəkdə su tramvaylarından, su taksilərindən, batareya ilə çalışan motosikletlərdən istifadə edəcək.

 

“Nə qədər tramvay tipli nəqliyyat vasitələri çoxalsa , qəzalarda həlak olan insanların sayı da azalar.Bununla yanaşı tramvaylar müasir standartlara cavab verəcəyi üçün insanların rahatlığına da xidmət edəcək. Elektrik nəqliyyatı həm də nizam- intizamı formalaşdıracaq”, deyə o bildirib.

 

Həmçinin Qaradağ rayonu ərazisində tikilən "Xəzər adaları" və Pirallahı rayonu adalarına gediş- gəliş üçün elektrik nəqliyyatının olması zəruridir.

Tarix
16 Oktyabr 2014 [10:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin