Ana səhifə
16 Noyabr 2018

Daşkəsən rayonu inkişaf yolunda

Ümumi məhsul buraxılışında özəl sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib

 

 

 

 

Azərbaycan iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramlarında, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Daşkəsən rayonunda abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına, ümdə məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaradıb. Bu proqramlarda Daşkəsən rayonunda elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı, yeni iş yerlərinin və yeni müəssisələrin açılması və digər işlər nəzərdə tutul­ub. Həyata keçirilən məqsədyönlü və ardıcıl iqtisadi siyasətin nəticəsidir ki, yaradılmış sosial-iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin edib. Qeyd edək ki, Daşkəsən rayonun çoxşaxəli inkişafının təmin olunması istiqamətində məqsədyönlü tədbirlər sistemli və ardıcıl olaraq davam etdirilib, innovativ iqtisadiyyatın formalaşması istiqamətində əməli tədbirlər görülüb. Rayon rəhbərliyi tərəfindən rəqabətədavamlı məhsul istehsalının, eləcə də, müəssisələrin fəaliyyətinin dəstəklənməsi, biznes mühitinin əlverişliliyinin artırılması, investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, özəl sektorun inkişafını təşviq edən və rəqabət mühitini təkmilləşdirən institutlara diqqətin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli işlərin həyata keçirilməsi Daşkəsən rayonunda digər sahələrin inkişafına təkan verib və ciddi uğurların əldə edilməsinə səbəb oldub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə nəzərdə tutulan işlər uğurla həyata keçirilib. 2014-cü ildə Daşkəsən rayonunda iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə  artıb. Ümumi məhsul buraxılışında 2013-cü illə müqayisədə 2014-cü ildə kənd təsərrüfatı məhsulları 271884,7 min manat (0,7 faiz çox), nəqliyyat üzrə  2736,9  min manat (4 faiz çox), ticarət xidmətləri üzrə   14538,3 min manat (3,6 faiz çox), rabitə xidmətləri üzrə  239,8 min manat (31,4 faiz çox)  olub. Hesabat ilində  rayonda ümumi məhsul buraxılışında qeyri - dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 2013-cü ildə  34 sahibkara 501 min manat, 2014-cü ildə isə 49 sahibkara 637 min manat məbləğində güzəştli kredit verilib. Bu kreditlər hesabına  2013-cü ildə  59, 2014-cü ildə isə 85 yeni iş yeri açılıb.
Ümumilikdə rayon üzrə 2013-cü ildə 220 daimi olmaqla  259, 2014-cü ildə isə  213 daimi olmaqla 328 yeni iş yeri açılıb. 2014-cü il ərzində 500 nəfər rayon ərazisində  mövsümü təmir-tikinti işlərinə cəlb  olunub. Rayonda sənaye müəssisələrində çalışan  bir işçiyə düşən orta aylıq  nominal əmək haqqı 345 manat, dövlət sektorunda isə 355,5 manat təşkil edib. 2014-cü ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 99,9 faiz, xərclər üzrə  96,7 faiz yerinə yetirilib.
Daşkəsən rayonun İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev deyib: «Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli Sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan edib.
Çox hörmətli Prezidentimiz  İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən bundan sonra da sürətlə inkişaf edəcəkdir. Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması Daşkəsən Filizsaflaşdırma müəssisəsinin yeni fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir».

Qeyd edək ki, 2014-cü ilin iyunun 27-də “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin struktur vahidi olan  “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhimdar Cəmiyyəti  ilə Belarus Respublikasının “BelAZ” Açıq Səhimdar Cəmiyyəti arasında lizinq  və zəmanət müqavilələri imzalanıb. Müqaviləyə əsasən “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin 12 ədəd yeni “BelAZ” markalı karxana yük avtomobili alınıb. Həmin maşınlardan dəmir filizi hasilatında istifadə ediləcək, bununla da hasil olunan filizin maya dəyərinin 20 faiz  aşağı düşməsinə imkan yaranacaqdır.
Cari ilin mart ayından müəssisədə aparılan təmir-bərpa, yenidənqurma işləri ilə əlaqədar 300 nəfərin işə qəbul olunması nəzərdə tutulur. Bu, rayonda işsizliyin aradan qaldırılmasına öz müsbət təsirini  göstərəcəkdir.
Hesabat dövründə Daşkəsən rayonunda Çovdar qızıl zavodu istismara tam hazır vəziyyətə gətirilib.

Rayonda əhalinin  elektrik enerjisi, qaz və içməli su ilə  təchizatı vəziyyətinin yaxşılaşdırılması məqəsədilə  daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib. 2014-cü ildə  istehlakçılara 23,9 milyon kvt.saat elektrik enerjisi verilib. Onun dəyəri dəyəri 78,9 faiz ödənilib  (2013-cü ildə 78,4 faiz). Əhali üzrə istifadə olunan elektrik enerjisinin ödənilməsi 100 faiz təmin edilimb.
Qaz İstismar Sahəsi üzrə 2014-cü il ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 100 faiz, ümumi ödəmə üzrə isə göstərici 95,6 faiz olub. Bu sahədə aparılan struktur dəyişikliyi işlərə müsbət təsir göstərməlidir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı bu  sahədə bəzi narazılıqlarını da bildirib. O qeyd Edib ki, hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
“Azəriqaz” İstehsalat  Birliyinin baş direktoru Əkbər Hacıyevin  29 dekabr 2014-cü il tarixli ilə məktubu ilə 2015-ci ildə Daşkəsən rayonunun Xoşbulaq, Qazaxyolçular, Zağalı və Qaraqollar  kəndlərinin  də qazlaşdırılması nəzərdə tutulub. İcra Başçısı bildirib ki, kəndlərin qazlaşdırılmasının sürətləndirilməsi olduqca vacibdir.
Daşkəsən rayon Sukanal idarəsi üzrədə 2014-cü il ərzində  müəyyən işlər görülüb. Lakin son vaxtlar havaların  qarlı və şaxtalı keçməsi ilə əlaqədar şəhər əhalisinə içməli suyun verilməsində bir sıra problemlər yaranıb.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya  xidmətləri üzrə ikinci Layihə”nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilib. Həmin layihənin həyata keçirilməsi üçün elan olunmuş tender 2014-cü ilin noyabr ayının 12-də başa çatıb. Layihənin həyata keçirilməsinin sürətləndirilməsi üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aidiyyəti üzrə müraciətlər olunub. Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində  Daşkəsən şəhərinin əhalisi  fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə  təmin olunacaq.
10 iyun 2014-cü il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət güclü dolu  və küləklə müşayiət olunan yağan leysan yağışlarının  nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına, fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəymişdir. Rayonun daxili imkanlar hesabına  və Fövqəladə Hallar Nazirliyinin yardımı ilə dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə  bir sıra işlər görülüb.
 

 

Tarix
18 Fevral 2015 [20:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin