Ana səhifə
26 Sentyabr 2018

Lənkəranda ərzaq təhlükəsizliyi təmin etmək sahəsində ardıcıl tədbirlər görülür

Bu məqsədlə əkinəyararlı torpaqlardan səmərəli istifadə edilir

 

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları Lənkəranın simasını tamamilə dəyişib. Təhsil sahəsində uğurların əldə olunması istiqamətində görülən tədbirlərdən  biri də məktəblərin inşası və təmir edilməsidir. Rayonda yeni tikilən məktəblərlə yanaşı, şəhər 2 nömrəli tam orta məktəbi də əsaslı təmir olunub. Darquba kəndində 180 şagird yerlik tam orta məktəbi üçün tikilən binada isə son tamamlama işləri aparılır. Bunlarla yanaşı, şəhərdə 120 yerlik uşaq bağçasının tikintisi tam başa çatdırılıb. Bu qayğı rayonun pedaqoji ictimaiyyəti ilə birlikdə valideynləri, şagirdləri, hər bir lənkəranlını hədsiz sevindirir. Rayonda əhalinin sosial təminatı da daim diqqət mərkəzində olub. Regionların sosial-iqtisaldi inkişafı çərçivəsində ayonun elektrik enerjisi və təbii qazla təchizatı sahəsində tədbirlər davam etdirilib. Lənkəran paylayıcı elektrik şəbəkəsi tərəfindən 7 transformator yarımstansiyası, 616 ədəd “Smart” kart tipli sayğac quraşdırılıb, 5135 metr uzunluğunda SİP kabel xətti çəkilib. Rayona verilmiş enerjinin dəyərinin 93,5 faizi ödənilib.

Əhalinin qaz təminatı istiqamətində görülən tədbirlər nəticəsində ötən il 7 yaşayış məntəqəsi təbii qazla təmin edilib, 4582 sayğac və tənzimləyicilər quraşdırılıb. Ümumilikdə rayonun 93 yaşayış məntəqəsindən 55-i qazlaşdırılıb. İl ərzində rayona 7 milyon 158 min 610 manat dəyərində təbii qaz verilib, ödəniş 98,3 faiz olub.. Bu ilin sonunadək daha 13 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Lənkəran rayonunda su-kanalizasiya sistemi də əsaslı şəkildə yenidən qurulur. Şəhərin ərazisində 55680 poqonmetr müxtəlif diametrli içməli su xətti, 21 kilometr uzunluğunda kanalizasiya xətti və 703 “Smart” kart tipli su sayğacı quraşdırılıb. Xanbulan kəndində sutəmizləyici qurğunun, 10 min kubmetr su tutumu olan anbarın tikintisi başa çatmaqdadır.

Aqrar sahəyə dövlət qayğısının artırılması məhsul bolluğu üçün stimul yaradıb. Keçən il rayonda 125988 ton tərəvəz, 5010 ton kartof, 2433 ton bostan məhsulları istehsal edilib.. Qarğıdalı da daxil olmaqla 1702,8 hektar sahədən 3483 ton taxıl yığılıb, məhsuldarlıq 20,5 sentnerə çatıb. Rayonda 1644,1 hektar meyvə bağının 695 hektarını sitrus bağları, 476 hektarını subtropik, 473 hektarını digər meyvə bağları təşkil edir. Keçən il bağlardan 8151,4 ton sitrus və digər subtropik meyvələr istehsal olunub. Ümumiyyətlə, Lənkəran rayonu ölkəmizin ərzaq təminatında önəmli rol oynayan rayonlarından biridir. Bu səbəbdən də rayonda heyvandarlığa da xüsusi  diqqət verilir. Şəxsi və fermer təsərrüfatlarında 53348 baş iribuynuzlu mal-qara, 21421 baş qoyun və keçi bəslənilir. Hesabat ilində diri çəkidə 6349 ton ət, 31893 ton süd, 15,3 milyon ədəd yumurta istehsal edilmiş, “Aqrolizinq” ASC-nın xəttilə rayona 23 baş damazlıq heyvan gətirilib.

Möhtərəm Prezidentimizin sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması qarşıya yeni vəzifələr qoyur. Əkinəyararlı torpaqlardan səmərəli istifadə etmək, məhsul bolluğu yaratmaq, ərzaq təhlükəsizliyini təmin etmək sahəsində ardıcıl və ciddi tədbirlər görülür.

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Novruz və Yeni il bayramları ərəfəsində yeyinti məhsullarının satış yarmarkaları təşkil olunub. Yarmarkalarda rayonun emal müəssisələri, fermerlər, Bakı şəhərinin və digər rayonların 33 şirkəti iştirak edib. Əhaliyə 460 ton məhsul satılıb, qiymətlər bazar qiymətlərilə müqayisədə 25-30 faiz aşağı olub.

Rayonda meşə təsərrüfatı sahəsində də işldər görülüb. Lənkəran meşə mühafizəsi və bərpası müəssisəsi 170 hektar sahədə meşə əkini aparıb., 1450 hektar meşə əkinlərinə xidmət göstərib. Müəssisə tərəfindən yaşıllaşdırma tədbirlərində 1150 ədəd müxtəlif növ ağac və gül kolları əkilib. Qeyd edək ki, 2014-cü ilin mart və noyabr ayları Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaşıllaşdırma aylığı elan olunmuşdur. Aylıq çərçivəsində park və bağlarda, magistral yollar boyunca, ərazilərdə 52 min ədəd ağac və bəzək kolları əkilmiş, yaşıllıqların qorunması təşkil olunub.

Rayonda ünvanlı yardım alanlara da vəsaitlər vaxtında ödənildib. Ünvanlı dövlət sosial yardımı almaq üçün rayon əhalinin sosial müdafiəsi mərkəzinə müraciət etmiş 3719 ailədən 3555-i qeydiyyata alınıb, 2480 ailəyə təyinat verilib. İl ərzində ünvanlı sosial yardımı alanlara 4 milyon 167 min manat vəsait ödənilib. Hesabat dövründə 149 nəfər əlil və kimsəsizə sosial xidmət göstərilib, imtiyazlı şəxslərdən 2 nəfərə isə  “Lifan” markalı avtomobil verilib. Məcburi köçkünlər də diqqətdən kənarda qalmayıb. 2014-cü ildə rayonda məskunlaşmış məcburi köçkünlərə 7 min manatlıq ərzaq, imtiyazlı və aztəminatlı ailələrə 255 min manatlıqdan çox tikinti materialı, ərzaq və maddi yardım verilib. Rayon sakinlərinin sağlamlığı da diqqətdən kənarda qalmayıb. Cənab Prezidentin göstərişinə əsasən əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması məqsədilə həkim briqadaları yaradılıb və yaşayış məntəqələrinə göndərilib. Ümumilikdə 144104 nəfər tibbi müayinələrdən keçirilib, onlardan 4871 nəfər ambulator, 946 nəfər stasionar müalicəyə cəlb olunub, 204 nəfər müayinə və müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib. İl ərzində ağ ciyər xəstəlikləri xəstəxanası, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası əsaslı təmir olunmuş, Biləsər kəndində yeni tibb məntəqəsi tikilib istifadəyə verilib. Hazırda ruhi əsəb xəstəlikləri xəstəxanası üçün təzə bina inşa olunur.

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində görülən işlərdən biri də tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi Xan sarayında əsaslı təmir-bərpa işləri aparılıb, mərkəzi kitabxananın fasad hissəsi yenidən qurulub, Həqiqət Rzayeva adına şəhər 2 saylı musiqi məktəbində cari təmir işləri görülüb.

Lənkəran həm də turizm diyarı kimi tanınır. Rayonda turizm infrastrukturu xeyli yaxşılaşıb. Keçən il turizm obyektlərində 16 min nəfərdən çox turist dincəlib. Lənkəran şəhərində beşulduzlu mehmanxananın tikintisi sürətlə davam etdirilir. Rayonda dövlət gənclər siyasəti də uğurla həyata keçirilir. Lənkəranda yeni Olimpiya İdman Kompleksi tikilir. Gənc idmançılar beynəlxalq yarışlarda, yeniyetmələrin Avropa birinciliyində mükafata layiq yerlər tutublar. Şahmat məktəbinin şagirdlərinin qələbələri daha sevindiricidir.

Əhalinin şikayətlərinə rayon rəhbərliyi tərəfindən ciddi yanaşılır. 2014-cü ildə Lənkəran Şəhər İcra Hakimiyyətinə 4442 yazılı müraciət daxil olub. Müraciətlərin 4250-si ərizə, 168-i şikayət, 24-ü təklif, 54-ü minnətdarlıq məktublarıdır. İcra başçısı əhali ilə 39 səyyar qəbul-görüş keçirib, 325 məsələ ilə bağlı təkliflər irəli sürülüb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə icra olunması yazılı müraciətlərin, o cümlədən Prezident Administrasiyasına və respublikanın mərkəzi orqanlarına ünvanlanmış müraciətlərin sayının azalmasına səbəb olub.

Qeyd edək ki. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatında sənədlərlə işin, vətəndaşların yazılı və şifahi müraciətlərinə baxılmasının vəziyyəti şura iclaslarında və aparat müşavirələrində dəfələrlə müzakirə olunub.

İcra başçısı Taleh Qaraşov  üçüncü Regional Dövlət Proqramının icrasının Lənkəranın sosial-iqtisadi inkişafını sürətləndirəcəyini, yeni layihələrin həyata keçiriləcəyini, rahat yolların, qaz xətlərinin çəkiləcəyini, su-kanalizasiya sisteminin tikintisinin başa çatdırılacağını, sakinlərin rifah halının daha da yaxşılaşacağını bildirmiş, lənkəranlıların cari ildə də doğma rayonun inkişafına layiqli töhfələr verəcəklərini əminliklə qeyd edib.

Tarix
18 Fevral 2015 [17:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin