Ana səhifə
19 Yanvar 2018

Xəbərdarlıq: Bakıda başınıza daş düşə bilər - FOTO

Ucnoqta.az” xəbər verir ki, şəkildəki bina H.Əliyev küçəsi Atatürk prospektinin kəsişməsində yerləşir. Hər gün yüzlərlə insan bu yoldan istifadə edir. Ancaq onlardan yalnız bəziləri başını qaldırıb yuxarıya baxaraq, onları gözləyən təhlükəni görə bilir. 

 

Şəkildən göründüyü kimi, binanın ikinci mərtəbəsindən çıxan eyvana baxdıqda, sanki eyvan bu an uçacaq təsiri bağışlayır. Yerdəki beton parçaları da təhlükənin reallığını göstərir.

 

Döşəmənin bir küncü qopub tökülüb, armaturlar görünür. Görəsən ərazinin təhlükəsizliyinə məsul qurumlar bunu görmür? Görürsə niyə biganə yanaşırlar? 

 

Bir müddət əvvəl binadan düşən daş gənc bir oğlanın başına düşmüş, o da aldığı yaradan vəfadan etmişdi. Bakıda hər addımda biganəlik, hər addımda təhlükə, ölüm qorxusu var. Əlaqədar qurumlarda işləyənlər başlarına kaska taxıb gəzdiklərindən, onlar üçün təhlükə yoxdur, onlara edilən bu tipli müraciətlərə ya cavab verilmir, yada bir qayda olaraq nəticəsiz qalır. Bizim kimi sıravi vətəndaşların isə ehtiyatlı, ayıq-sayıq olmaqdan başqa çarəmiz yoxdur. Yol gedərkən ehtiyyatlı olun, başınıza hər an daş düşə bilər, məcazi mənada yox, elə sözün həqiqi mənasında /ann.az/.

 

Tarix
3 Oktyabr 2014 [12:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ