Ana səhifə
21 Sentyabr 2018

Qorbaçovdan Qərbə çağırış

Rusiyaya qarşı tətbiq etdiyiniz sanksiyalaradan imtina edin

 

SSRİ-in ilk prezidenti Mixail Qorbaçov Rusiyanı və Qərbi qarşılıqlı sanksiyalardan imtina etməyə və yeni "soyuq müharibəyə" girməməyə çağırıb.

 

Ucnoqta.az  xəbər  verir ki, Qorbaçov Rusiya və Qərbin qarşılıqlı ittihamlardan və sanksiyalardan imtina etməli olduğunu bildirib.

 

Qorbaçovun sözlərinə görə, Rusiya artıq belə addım atıb. Ruslar qərbin sanksiyalarının son dalğasından sonra cavab ölçülərindən imtina edib.

 

"Qərbi Avropa və ABŞ ölkələri ilə Rusiyanın münasibətlərinə gəlincə, ilk addım – qarşılıqlı ittihamların və sanksiyaların məntiqindən çıxmaq lazımdır. Məncə, Rusiya qərbin sanksiyalarının son raundundan sonra cavab ölçülərindən imtina etməklə belə addım atıb. Söz Qərbdədir", - Qorbaçov "Rusiya qəzetinə" müsahibəsində deyib. (ANS PRESS)

Tarix
16 Oktyabr 2014 [01:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin