Ana səhifə Mobil versiya
20 Sentyabr 2021

Türkiyəli futbolçular Bakıda dalaşdı

AVRO-2020 ilə erkən vidalaşan Türkiyə yığmasının düşərgəsində İsveçrə ilə dünənki oyundan əvvəl gərginlik yaşanıb.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın Bakıdakı son məşqi zamanı iki futbolçu arasında dava düşüb.

Ön xətt oyunçuları Halil Dərvişoğlu ilə Enes Ünal bir epizodun ardından əlbəyaxa olublar. Lakin digər futbolçular cəld müdaxilə edərək, onları ayırıb. Halil onu sakitləşdirməyə çalışan Cengiz Ündərlə də mübahisəyə girişib. Buna qəzəblənən baş məşqçi Şenol Günəş həm Halili, həm də Enesi sərt şəkildə xəbərdarlıq edib. Hər iki futbolçu bu səbəbdən İsveçrə ilə qarşılaşmada meydana çıxmayıb.

Qeyd edək ki, yer aldığı A qrupunda İtaliya (0:3), Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olan Türkiyə millisi sonuncu yeri tutub.

 

Tarix
21 İyun 2021 [10:32]
Müəllif
Üç nöqtə
2021-06-21 10:32:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin