Ana səhifə Mobil versiya
18 Sentyabr 2021

“Türkiyəyə sürpriz etmək istəyirdik, ...” - Petkoviç

"Ən yaxşı komandanı meydana buraxdım".

Bu sözlər İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviçə məxsusdur. AVRO-2020-nin qrup mərhələsinin III turunda Türkiyəni Bakı Olimpiya Stadionunda məğlub edən (3:1) isveçrəlilər qrupu 4 xalla 3-cü yerdə tamamlayıb.

Oyunsonrası mətbuat konfransında 58 yaşlı mütəxəssisin qələbə şərhi belə olub: " Bu gün bəzi dəyişikliklər etdim. Topla və topsuz oynamağın yolunu bilirdik. Türkiyəyə sürpriz etmək istəyirdik, bunu da bacardıq. Oyunçularımla fəxr edirəm. Onlar üzərlərinə düşəni etdilər. Biz çox səfər etdik. Bakıya, buradan Romaya və yenidən Bakıya. Buna baxmayaraq, futbolçularım bundan şikayət etmədi. Çox az adam bunu qeyd edir. Amma mən deməliyəm. Növbəti mərhələyə vəsiqə qazanacağımız yönündə optimistəm. Əla oynamadıq, amma yaxşı oynadıq. Çünki 3 qol vursaq da, bunun sayı daha çox ola bilərdi".

O bildirib ki, sabah yenə Bakıda məşqə çıxacaqlar: “Sonra buradan Romaya uçacağıq. Ümid edirəm ki, növbəti mərhələyə vəsiqə qazana biləcəyik”.///apa

Tarix
20 İyun 2021 [23:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-20 23:46:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin