Ana səhifə
17 Noyabr 2018

Müsavatdan tam tərkibdə İstefa - Tovuzda

Müsavat Partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə partiyadan istefa verib.

 

 

Ucnoqta.az”ın  APA-ya istinadən xəbərinə görə, təşkilat üzvləri partiyanın mərkəzi aparatından zaman-zaman etinasızlıqlar görmələrinə baxmayaq, fəal rayon təşkilatlarından biri olduqlarını qeyd ediblər: “Amma qurultay ərəfəsində və qurultay sonra təşkilat daxilində baş verənlər, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması, həmin kəsimlərlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra endirir”.

 

Bölgə təşkilatı buna görə də bütün müsavatçılardan üzr istəyərək, Tovuz rayon təşkilatının tam tərkibdə partiya üzvlüyündən istefa verdiyini bəyan edib.

 

Müsavat Partiyasının Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirli APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, onları bu addımı atmağa Müsavat Partiyasının qurultayı ərəfəsində yaşananlar, qurultayda baş verənlər və qurultaydan sonrakı proseslə vadar edib: “Şura üzvləri ilə məsləhətləşdik və belə qərara gəldik ki, bu partiyada qalmağınız mümkün deyil. Mən artıq partiya üzvü deyiləm. Amma Müsavat ideyalarının daşıyıcısı kimi bu addımı təəssüflə atıram”.

Tarix
16 Oktyabr 2014 [00:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin