Ana səhifə
25 Sentyabr 2018

Xalq şairindən ad günü açıqlaması

Xalq şairi Nəriman Həsənzadə doğum gününü qeyd edə bilməyəcək.

 

 

Ucnoqta.az xəbər verir ki, bu barədə AzNews.az-a xalq şairinin özü məlumat verib. O, bunun səbəbini xəstə olması ilə əlaqələndirib: “Çox təəsüflər olsun ki, bu il doğum günümü keçirə bilməyəcəm. İnşallah, gələn il mütləq qeyd edəcəm”.

 

Bir necə gün öncə qəzaya düşən şair səhhətindən də danışıb: “Qəzanın fəsadları hələ aradan qalxmayıb. Yenə 10 gün gəzə bilməyəcəm. O vaxtdan ev şəraitində müalicə olunuram. Həkimlər deyir ki, müalicə bir müddət davam etməlidir”.

 

Nəriman Həsənzadə vurğulayıb ki, onunla maraqlanan dostları çoxdur, amma heç kəsin ona baş çəkməsini istəmir: “Dostlar sağ olsun, amma yanıma heç kəsin gəlməsini istəmirəm, çünki qızımgildə qalıram”.

 

Xatırladaq ki, şairin keçirdiyi qəzada ayağının üstündən avtomobil keçib.

Tarix
18 Fevral 2015 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin