Ana səhifə Mobil versiya
20 Sentyabr 2021

Ərdoğan: "Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq"

“Qarabağ dünyanın ən gözəl yerləri olmaqla yanaşı, mədəniyyət yerlərindən biri idi. İnşallah, yenə həmin hala gətirəcəyik. Dünən qardaşımla birlikdə Şuşada idik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şuşa bir sənəd akademiyası kimi sənətin ən yüksək səviyyədə yaşadıldığı yer olub:

“Şuşa ədəbiyyatın mərkəzi vəzifəsini qoruyub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Nətəvanın və digər şairlərin yurdudur. Bu gün Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada dünyaya verilən açıq mesajdır.

Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq. Əlbəttə, Şuşa, Qarabağ deyil, türk dünyasının bütün yerləri böyük şəxsiyyətlər yetişdirib”./report

Tarix
16 İyun 2021 [16:25]
Müəllif
Üç nöqtə
2021-06-16 16:25:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin