Ana səhifə
14 Noyabr 2018

Lənkəran rayonu inkişaf yolunda

Sosial-iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin edib

 

 

Keçən əsrin 90-cı illərinin ortalarından Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilib, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulub. Bu istiqamətdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Lənkəran rayonundan da yan keçməyib. Qayonunun çoxşaxəli inkişafının təmin olunması istiqamətində məqsədyönlü tədbirlər sistemli və ardıcıl olaraq davam etdirilib, innovativ iqtisadiyyatın formalaşması istiqamətində əməli tədbirlər görülüb. Yeni istehsal sahələrinin açılması, iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası Lənkəran rayonun dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil edib. Sənaye sektoru rayonun aparıcı sahəsi və iqtisadi göstəricilərin formalaşmasında əsas rol oynayıb. 2014-cü ildə ölkə iqtisadiyyatında davam etmiş artım Lənkəran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə müsbət təsir edib, rayonda iqtisadiyyatın bütün sahələri üzrə yüksək nəticələr əldə olunub.  Lənkəran rayonunda 346,6 milyon manat dəyərində ümumi məhsul istehsal olunub.  Ümumi məhsulun 5,6 faizi sənaye, 34 faizi kənd təsərrüfatı, 28,7 faizi tikinti, 2,8 faizi nəqliyyat, 0,6 faizi rabitə, 28,3 faizi ticarət və xidmət sahələrinin payına düşüb. Rayonun sənaye müəssisələrində 225 ton meyvə-tərəvəz konservi, 392 ton qablaşdırılmış çay, 14,6 ton kərə yağı, 501 ton pendir və kəsmik, 3,2 min ton üzlü süd məhsulu, 4463 kubmetr kərpic istehsal edilib. Yeni müəssisələrin yaradılması isə gələcək illərdə daha böyük uğurların əldə olunacağından xəbər verir. Artıq şəhərdə ən müasir texnologiya ilə işləyən 1 çörək zavodu, 1 yem fabriki tikilib istifadəyə verilib. Hazırda daha 2 çörək zavodunun və Lənkəran Mexanikləşdirmə MMC-də yeni istehsalat sexlərinin tikintisi davam etdirilir. Bu müəssisələr fəaliyyətə başladıqdan sonra burada 420 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları çərçivəsində rayonda aqrar sahədə uğurlar əldə olunub. Məsələn, 2014-cü ildə rayonda 125 min 988 ton tərəvəz məhsulları, 8151,4 ton sitrus və digər subtropik meyvələr, 97,6 ton yaşıl çay yarpağı, 764 ton üzüm istehsal olunub. Emal sənayesində istehsalın həcmi 6,2 faiz artıb. Sənaye məhsulunun 62,3 faizi özəl bölmədə istehsal olunub. Sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı 24,4 faiz artaraq 342 manata çaıb.

İqtisadiyyatın və sosial sahələrin inkişafına yönəldilən investisiyanın həcmi 141,9  milyon manat (57,2 faiz artım) təşkil edib.  Əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və poçt xidmətlərinin həcmi və keyfiyyəti xeyli artıb. Ötən il pərakəndə ticarət dövriyyəsinin həcmi 4,1 faiz artaraq 297,8 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 3,1 faiz artaraq 72,6 milyon manata çatıb. Nəqliyyatda özəl bölmənin inkişafı hesabına sərnişindaşımalar 4,8 faiz, yükdaşımalar 3,1 faiz artıb. Sərnişinlərin rahatlığını təmin etmək üçün 10 təzə avtobus alınaraq xəttə buraxılıb. Lənkəran poçtamtı və Lənkəran telekommunikasiya qovşağı tarif gəliri proqnozunu yerinə yetirib. Rayonda genişzolaqlı internet abunəçilərinin sayı 11180 nəfərə çatıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara və iş adamlarına 1,3 milyon manat güzəştli kredit verilib. Nəticədə 105 yeni iş yeri açılıb. Rayonda yaradılmış 2995 yeni iş yerinin 2329-u daimi iş yerləridir.

Lənkəran rayonunda regionların sosial-iqtisadi inkişafı çərçivəsində geniş abadlıq işləri də görülüb. Lənkəran şəhərinin abadlaşdırılması ilə bağlı dövlət vəsaiti hesabına şəhərin giriş qapısı sayılan Ürgə, Göyşaban kəndləri ərazisində, Beynəlxalq Hava limanına gedən yolda, Akademik Zərifə Əliyeva, M. Nəsirli, F. Məmmədov, Ş. Axundov, P. Təhməzov, Koroğlu, Mirmustafaxan, İ.Səmədzadə küçələrində, H.Aslanov xiyabanında, Bakı-Astara magistral yolunun Beynəlxalq Hava limanına yaxın hissəsində müasir yol kənarı ornamentli divarlar hörülüb və ağ laylarla üzlənmiş, səkilərə tamet və bardürlər düzülmüş, müasir küçə işıqlandırıcıları quraşdırılıb. Şəhərin Qala Xiyabanında sıradan çıxmış travert laylar dəyişdirilib, eyni zamanda "Xocalı soyqırımı" abidə-kompleksi və parkı əsaslı təmir edilib, Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyev adına mədəniyyət və istirahət parkı əsaslı şəkildə yenidən qurularaq əraziyə tamet döşənmiş, bardürlər düzülüb, divarlara ağ laylar vurulub, şəbəkəli guşələr quraşdırılıb.. Əsgər Əliyev adına parkda pərdəli fəvvarə inşa edilib, qəhrəmanın yeni büstü qoyulub, 60 ədəd müasir işıqlandırıcılar quraşdırılıb, yaşıllıq zolaqları salınmaqla 3 mindən çox gül və bəzək ağacları əkilib. Ümumilikdə küçə, bağ və parklarda divarlara 13250 kv/m ağ lay vurulub, 300-dən artıq yeni işıq dirəkləri quraşdırılıb. Bundan əlavə, şəhər Icra hakimiyyətinin daxili imkanları hesabına şəhər Mədəniyyət Mərkəzində başlanmış əsaslı təmir və yenidənqurma işləri vaxtında tam başa çatdırılıb.

2014-cü ildə Lənkəran rayonunun yol infrastruktu sahəsində müəyyən işlər görülüb. 10 min nəfər əhalinin yaşadığı  və 3 yaşayış məntəqəsini birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilərək istifadəyə verilib.

Şəhərdaxili və kəndara yollarında ümumilikdə 6,9 kilometr uzunluğunda 54,5 min kvadratmetr sahəyə isti asfalt örtüyü döşənib, digər yolların sıradan çıxmış hissəsində 6995 kvadratmetr cari təmir işləri aparılıb. “Kənd investisiya” layihəsi çərçivəsində Osakücə kənd inzibati ərazi dairəsi üzrə dörd yaşayış məntəqəsində ümumlikdə 13,6 kilometr, Zövlə kəndində 3,8 kilometr, Səpnəkəran kəndində 4,5 km, Kənarmeşə kəndində 4 km kənddaxili yollar əsaslı təmir olunub və kəndara yollara asfalt döşənib, cari təmir işləri aparılıb. Kənarmeşə kəndində 4 kilometr uzunluğunda kənddaxili yollar əsaslı təmir olunub. Daxili imkanlar hesabına Aşağı Nüvədi qəsəbəsində 4,5 kilometr, Şağlaser kəndində 3 kilometr, Kərgəlan-Lüvəsər-Darquba yolunun 4,5 kilometrlik hissəsinə qum-çınqıl tökülərək hamarlanıb. “Azəryolservis” ASC tərəfindən Daşdatük kəndi ərazisində Bəşəruçayın üzərində dəmir-beton konstruksiyalı yeni körpü inşa edilib, Ələt-Astara magistralının Lənkəran rayonundan keçən 10 kilometrlik hissəsi asfaltlaşdırılıb.

Hesabat ilində rayonda təhsil, səhiyyə, mədəniyyət və turizm sahəsində də müəyyən işlər görülüb. Rayonda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində böyük işlər görülüb. Ölkədə tikilən 50 məktəbdən 11-i Lənkəranda tikilib, 1 məktəb isə əsaslı təmir olunub. Ən əsası bu məktəblər illər boyu yararsız, uçuq-salxaq binalarda fəaliyyət göstərmişdir. Artıq yararsız vəziyyətdə olan bu məktəblər müasir standartlara cavab verir. Rayonun Daşdalığjar, Tütəpeştə və Qurunba kəndlərində 180 şagird yerlik, Tükəvilə və Bəliton kəndlərində 220 şagird yerlik, Separadi kəndində 480 şagird yerlik, Şağlaser, Xanbulan və Yuxarı Nüvədi kəndlərində 360 şagird yerlik, şəhər 8 nömrəli məktəb üçün 360 şagird yerlik tikilən yaraşıqlı məktəb binaları dövlətin davamlı diqqət və qayğının bəhrəsidir.

(ardı var)

 

Tarix
17 Fevral 2015 [22:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin