Ana səhifə
13 Noyabr 2018

Ermənistanın “Eurovision” təxribatına etiraz

Faiq Sücəddinov: “Onlar yalançı tarixləri ilə heç bir şeyə nail ola bilməyəcəklər”

 

 

 

Gövhər Həsənzadə: ““Eurovision” səhnəsinin ermənilərə yalançı, uydurma planlarının həyata keçməsi üçün şərait yaradacağına inanmıram”

 

 

 

Avstriyada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində fevralın 12-də yayılan xəbərdə bildirilib ki, müsabiqədə Ermənistanda və 5 qitədə yaşayan erməni müğənnisi qondarma soyqırımından bəhs edən “Dont deny”(İnkar etmə) mahnısını ifa edəcək. Bununla bağlı Azərbaycanın İctimai Televiziyası Avstriyada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində Ermənistan təmsilçilərinin oxuyacağı mahnı ilə bağlı açıqlama verib. Telekanal bildirib ki, “Eurovision” mahnı müsabiqəsidir. Bu yarışma hansısa ölkənin siyasi ambisiyasının qurbanı ola və siyasi meydana çevrilə bilməz: «İctiami Televiziya və Radio Yayımlar Şirkəti olaraq bəyan edirik ki, xəbər təsdiqlənsə biz də müsabiqədə adekvat addım atacağıq».

Yaranmış vəziyyətlə bağlı «Üç nöqtə”yə danışan əməkdar incəsənət xadimi Faiq Sücəddinov ermənilərin hər zaman belə üsullara əl atdığını bildirdi: “Dəfələrlə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, gəlin tarixi açıb baxaq, görək, hansı soyqırımdan danışırsınız. Bunlar hamısı qondarma şeylərdir. Bütün dünyaya sübut etmək istəyirlər ki, ermənilər aciz millətdiplər. Dünyada ermənilər kimi alçaq, oğru bir millət yoxdur. O millətin heç nəyi olmaya-olmaya başqa xalqın mədəniyyətini, musiqisini, adət-ənənəsini, mətbəxini oğurla-oğurlaya özlərini millət hesab edirlər. Onlar millət kimi millət deyillər, yığma bir toplumdurlar».

Faiq Sücəddinov onu da dedi ki, «Eurovision» müsabiqəsinə çox adam baxdığına görə ermənilər belə bir addım atmaq istəyirlər: “Bu müsabiqəyə demək olar ki, dünyanın yarısı baxır. Ona görə də bir aksiya etmək istəyirlər və başlayıblar ki, soyqırım belə gəldi, belə getdi. Onlar həmişə belə üsullara əl atırlar. Bəyan etmək istəyirlər ki, bunlarda doğrudan da soyqırım olub. Amma bilən bilir ki, bu, düz deyil. Dəfələrlə deyilib ki, gəlin tariximizə baxaq ki, soyqırım olub-olmayıb və hər zaman həqiqətdən də qaçırlar. Onların qondarma soyqırım günləri gəlir, təntənəli keçirmək istəyirlər. Buna görə də, bilmirlər ki, hansı üsula əl atsınlar. Müsabiqədə yəqin ki, bayraqlarını daşıyacaqlar, plakatlar asacaqlar, zalda qışqıracaqlar və.bu kimi guya aksiya təşkil edəcəklər. Düşünürəm ki, onların yalanlarını heç kim qəbul etməyəcək və heç nəyə nail ola bilməyəcəklər. Hay-küy salmağa başlayacaqlar və dünyada bütün qəzetlərdə yazacaqlar ki, ermənilər soyqırım günlərinə həsr edilmiş bir mahnı oxuyublar. Onlar yalançı tarixləri ilə heç bir şeyə nail ola bilməyəcəklər”.

Tanınmış bəstəkar Gövhər Həsənzadə ermənilərin qondarma bir millət olduğunu qeyd etdi: “Ermənilər gedib hallarına, günlərinə ağlasınlar. Nə gündədirlər. Beş-üç nəfər adamdılar, bir-birini yeyəcəklər və axırlarına çıxacaqlar. Dünyada onlar kimi millət yoxdu. Mahnını özləri oxuyub, özləri eşidəcəklər. Bu il “Eurovision”un 60 illiyidir. “Eurovision” səhnəsinin ermənilərə yalançı, uydurma planlarının həyata keçməsi üçün şərait yaradacağına inanmıram. Onlar nəsə özləri üçün bir mahnı oxuyub, ortada da bir söz deyə bilərlər və elə bilərlər ki, qondarma soyqırımlarını vəsf elədilər. Onların elə bir müsabiqədə belə mahnı oxumaqlarına hünərləri də çatmaz. Qorxaq, oğru millətdilər. Ermənilərin hünəri çatmaz ki, müsabiqənin yubiley konsertində dünya arenasına özlərindən başqa başa düşülməyən yalançı bir siyasəti bildirsinlər. Onların o cür siyasətlə müsabiqəyə buraxılacaqlarına da inanmıram”.

Bəstəkar dedi ki, ermənilərin belə çıxışlarına reaksiya verməyə dəyməz: “Düşünürəm ki, bunu ciddiyə almağa, fikir verməyə dəyməz. Çünki erməni özü-öz süqutunu verib, artıq onlar məhv, məğlub olublar. Bunu bütün hamımız görürük və bilirik. Bütün dünya qəbul etməyən məsələni bundan sonra ha qışqırsın, nəsə desin. Mənə elə gəlir ki, buna heç reaksiya verməyə dəyməz. Çünki onların soyqırımları absurt və yalandır, Yalan bir toplumun ortalığa çıxıb nəsə deməsinə heç kim inanmaz».

Müğənni Natəvan Şeyxova ermənilərin belə üsula əl atmasını pis qarşılayır: “Onlar hər zaman Azərbaycan mahnılarını da oğurlayırlar. “Sarı gəlin” mahnısını da öz adlarına çıxırlar. Onlar mənfur niyyətli insanlardır. Bu il ermənilərin hansı oyunlardan çıxmasından xəbərimiz yoxdur. Kim nə oxuyacaq, hələ bilmirik. Ermənilərə xas olan xasiyyətdir. Bu da onların növbəti bir təxribatlarıdır, yenə də siyasiləşdirirlər.Onların səviyyəsi, daxili aləmləri budur. Həmişə təxribatla məşğul olurlar. Çox mənfi qüvvələr və mənfi insanlardır. Onlara inanmaq, etibar etmək olmaz. Bu hərəkətləri də onların daxili aləminə uyğun gələn bir hərəkətdir”.

 

 

 

Rəqsanə

Tarix
17 Fevral 2015 [17:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin