Bu gün Azərbaycanda koronadan ölən olmayıb

20:53 - 13 İyun 2021 - Xəbər

Azərbaycanda bu gün koronavirus infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 182 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat hadisəsi qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 580 nəfər müalicə olunaraq sağalıb, 4 953 nəfər vəfat edib, aktiv xəstə sayı 1 638 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 389, ötən müddət ərzində isə ümumilikdə 3 622 499 test aparılıb.

Xəbər xətti