Allahşükür Paşazadə Aleksandr İşeinlə vida mərasiminə qatılıb - FOTO

12:30 - 13 İyun 2021 - Xəbər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasiminə qatılıb.

Ucnoqta.az “Report”-a istinadən xəbər verir ki, QMİ sədri mərasimin keçirildiyi Rus Pravoslav Kilsəsinə gəlib.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi keçirilir.

Mərasim saat 12:30-a kimi davam edəcək. Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

 


Xəbər xətti