Ərdoğanla Makron Qarabağı müzakirə edəcək

00:26 - 11 İyun 2021 - SİYASƏT

Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 14 iyun tarixində Brüsseldə keçiriləcək NATO sammiti öncəsi Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa lideri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.
“NATO sammiti ərəfəsində Türkiyə prezidenti ilə görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Bizim dərin fərqlərimiz var, bunları bilirik, amma inanıram ki, dialoq aparmaq lazımdır. Suriyadakı vəziyyət, Liviya, Dağlıq Qarabağ və Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən danışmaq istəyirəm”, - Fransa lideri belə deyib.

Makron, həmçinin “NATO-dakı əməkdaşlığı və müttəfiqlər arasındakı münasibətlərdə davranış qaydalarını müzakirə etmək niyyətində olduğunu” da əlavə edib.

Xəbər xətti