Cəlilabadda iki qardaş və bir qohumları suda boğularaq ölüb

21:32 - 8 İyun 2021 - HADİSƏ

Cəlilabadda bədbəxt hadisə olub.

Hadisə Gülməmmədli kəndində baş verib.
Suvarma üçün olan su bəndinin yanında şəkil çəkdirən üç azyaşlı oğlan suya yıxılaraq boğulub.

İlkin məlumata görə, ölənlərdən ikisi 14-15 yaşlı qardaşlar olub, digəri isə 7 yaşlı qohumları olub.
Hazırda uşaqların cəsədlərinin sudan çıxarılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.///oxu.az

Xəbər xətti