Moskvaya toya gedənləri qınasalar da... - FOTO

11:49 - 8 İyun 2021 - MAQAZİN

Pandemiya dövründə Rusiyaya toya gedən həmkarlarını qınayan Sevil və Sevinc Səfərova açıqlamalarını təkzib edəcək addım atıb.  Belə ki, tanınmış əkizlər Moskvada keçirilən məclislərin birində səhnəyə çıxıblar.

Ucnoqta.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə onlar instaqram hesablarında məlumat veriblər. Namiq Qaraçuxurlu ilə fotolarını paylaşan bacılar Moskvada toyda bir araya gəldiklərini qeyd ediblər.

Bacıların bu paylaşımı müzakirəsiz ötüşməyib. Buna səbəb əkizlərin bir müddət əvvəl həmkarlarının ünvanına dediyi “Moskvaya toya göyərti qiymətinə gedirlər” fikirləri olub. Belə ki, onlar açıqlamalarında pandemiya dövründə toy qiymətlərinin aşağı düşməsinə baxmayaraq həmin sənətçilərin hələ də qonşu ölkəyə üz tutduqlarını, bununla da özlərinə qiymət vermədiklərini bildiriblər.

Daha sonra sosial şəbəkə istifadəçiləri Səfərovaların bu açıqlamasını xatırladaraq onların da Moskaya toya göyərti qiymətinə getdikləri barədə suallar ünvanlayıblar.

 


Xəbər xətti