Ana səhifə
19 Avqust 2018

“Bu yol hara aparır, bilmirəm” – Müsahibə

Murad Yıldırım: “Bu filmdən gözləməyin, səbr etməyin insan həyatında nə demək olduğunu öyrəndim”

 

 

 

Türkiyəli məşhur aktyor Murat Yıldırım Bakının qonağı oldu. “Üç nöqtə”nin məlumatına görə, “28 Cinema”da “Kırımlı” filminin qala gecəsinə qatılan aktyor mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

 

- Bakını gəzə bildinizmi?

- Şəhərinizi gəzmək imkanım oldu. Bakıya ilk dəfədir ki, gəlirəm. Çox gözəl şəhəriniz var və çox bəyəndim. Özümü Parisdə hiss etdim. Tarixi yerləriniz, parklarınız göz oxşayır. Azərbaycan yeməkləri də yedik, mətbəximiz çox bənzəyir. Çox gözəl yeməkləriniz var, dolma, kabab, plov və turşu yedim. Hər şeyin də turşusunu hazırlayırsınız.

 

- Film haqqında məlumat verə bilərsinizmi? Necə oldu ki, müharibədən bəhs edən bir filmdə rol aldınız?

- Əslində, filmdə müharibədən əlavə insani hisslərdən - eşqdən, ailə münasibətlərindən qardaş sevgisindən, əsgərlikdə, müharibədə insanların bir-birinə olan yaxınlıqlarından bəhs edir. Film müharibə vaxtı döyüşən türklərin həyatından bəhs edir. Filmdə ikinci dünya müharibəsində Almaniya ilə savaşmış və çətinliklər yaşamış insanların dramı göstərilir. Bu filmin Azərbaycan tamaşaçılarını da çox maraqlandıracağına inanıram. Orada bir Azərbaycan həkimi var, sağ  olsun, bizə kömək edir. Selma Ergeçin və Baki Davrakın sizə salamları var. Hər ikisi serial və teatrdakı işlərinə görə gələ bilmədilər.

 

- Azərbaycan filmləri haqqında məlumatınız varmı?

- Xəbərim var desəm, gülməli vəziyyətə düşərəm. Çox məlumatım yoxdur.  

 

- Murad bəy, sizi həmişə eşq filmlərində görmüşük. Hazırda müharibədən bəhs edən filmdə oynayırsınız. Eşq, yoxsa müharibədən bəhs edən filmlərdə sizin üçün oynamaq çətindir?

- Mən işimdən ləzzət alaraq işləyirəm. Mənim üçün fərqli-fərqli obrazlara çəkilmək maraqlıdır. Bu filmdə də eşq səhnəsi var, ikinci yarısı tamamilə eşqin üzərində qurulub. Bakıya inşallah, martın sonunda yenidən romantik-komedik bir filmlə gələcəm. Dəyişik filmlərdə oynamaq bir aktyor üçün maraqlıdır, gözəldir. Orada da məni heç vaxt görmədiyiniz bir obrazda görcəksiniz.

 

- “Kırımlı” filmi Türkiyədə necə qarşılandı?

- “Kırımlı” filmini Türkiyədə izləyicilərin 90 faizi bəyəndiyini bildirdi. Amma az bir qisim insan filmi bəyənmədiyini və Hollivudsayağı olduğunu qeyd etdilər. 

 

- Aktyorluq deyil, mühəndisliyi bitirmisiniz. Bir aktyor kimi sizi kim kəşf elədi, aktyorluğa necə gəldiniz?

- İstanbulda Yıldız Texnik Universitetini bitirmişəm. O zaman universitetin teatr truppasında fəaliyyət göstərdim və sonra aktyorluğu sevdim. Teatrda obraz canlandırarkən ağlımda televiziyada seriallara çəkilmək yox idi, sadəcə, teatrı sevirdim. Bir də özümü televiziyada serialların içində gördüm və hər şey yaxşı oldu. Beləliklə, mühəndislik deyil, aktyorluq etdim.

 

- Qafqazlılara çox bənzəyirsiniz. Tiflisdə də sizi gürcülər çox sevirlər. Qafqazlılarla bir yaxınlığınız varmı?

- Gürcülərin sevməsinin səbəbi bizlər qədər isti, səmimi olmalardır. Bakıda, Türkiyədə, Gürcüstanda da və bir çox ölkələrdə səmimiyyət o dəqiqə qəbul edilir. Onlar Azərbaycanı və Türkiyəni də sevirlər, bəlkə də məni ona görə sevirlər.

 

- Keçən il Gürcüstana getmişdiniz. Orada sizin ətrafınızda gürcü jurnalistləri və çoxlu sayda pərəstişkalarınız vardı. Onlarla görüşdünüzmü?

-Bəli, hər zaman pərəstişkarlarımla görüşməyə çalışıramş. İnsan xarici ölkələrdə olarkən duyğusal olur, insanlar sizi görmək üçün gəlirlər. Məsələn, Gürcüstanda 70 yaşında bir xanım gəldi və türkcə danışırdı, ağlayırdı. Harada türk dilini öyrəndin deyə soruşdum. Seriallarınızdan öyrəndim dedi. Bildirdi ki, sizin “Aşq və cəza”da bir səhnənizi izlədim, oğlumla münasibətim yaxşı deyildi. O səhnədən sonra tez oğluma zəng etdim və barışdıq. O xanımın sözlərindən çox təsirləndim. Gördüyünüz işlərlə çox insalara yaxınlaşa bilərsiniz. Türk filmləri də dünyada yayılmağa başladı. Bu hamımız adına gözəl hadisədir.  

 

- Sizi başqa ölkələrin filmlərinə dəvət etsələr, təklifi qəbul edərsinizmi?

- Təbii ki, qəbul edərəm. Məsələn, sonuncu dəfə Gürcüstanda xərçəngdən əziyyət çəkən uşaqlar üçün reklama çəkildim. O reklamı dünyada çox tanınmış bir rejissor çəkdi, mən də belə bir iş görmək istəyirdim, rastlaşdıq və bərabər belə bir iş gördük. “Dubay film festivalı”na qatıldıq və orada bəzi insanlara rastlaşdıq.

 

- “Kırımlı” filmi hanısa festivala qatılacaqmı?

- Bəli, filmimizə festivallardan həddindən artıq təkliflər gəlir. Hətta Los- Ancelesdən təklif gəldi. Hazırda təklifləri dəyərləndiririk, amma Los-Ancelesə gedəcəyik.

 

- Aktyor hər bir filmdən nəisə öyrənir. Siz bu filmdən nələri öyrəndiniz?

- Mən bu filmdən gözləməyin, səbr etməyin insan həyatında nə demək olduğunu öyrəndim. İşimiz etibarilə 9 həftə günümüz dağda keçdi, qarlı bir yerdə qalmaq  maraqlı idi. Mən keyf alırdım. Çətin şeylərə gözəl tərəfindən baxmağı öyrəndim.

 

- Murad bəy, irəlidə özünüzü rejissor kimi sınamaq, bir film çəkmək  istəyirsinizmi?

- O qədər də çox irəlini düşünmürəm. Bu gün və sabah var, sabahı düşünürəm. Yəni, bu yol hara aparır bilmirəm. Xəyal qurmaq gözəldir, amma indi xəyallarımda böyük filmlərdə oynamaq var. Bu gün nə edəcəyəmsə, sabah da onu görmək istəyirəm. O yolun rejissorluğa gedəcəyini bilmirəm. Çünki zamanında da mühəndislikdən yolum  aktyorluğa keçdi. Sabahımız gözəl keçsin, inşallah.

 

- Türkiyədə kino sahəsində böyük bir rəqabət var, ifaçılar belə film çəkməyə başladılar. Bu filmi hansı yerlərdə görürsünüz?

- Filmi hansısa yerdə görmək aktyoru düşünüdürən bir şey deyil, seriallar reytinqdən asılıdır. Önəmli olan ayaqda durmaqdır və aktyorun peşəkarlığıdır. İstər o seriala baxılmasın, amma orada yaxşı obraz canlandırırsınızsa, biriləri tərəfindən istedadınız fərq edilir və hər zaman sənətinizi davam etdirə biləcək bir aktyor olursunuz. Ən əsası da budur.

 

- Murad bəy, konkret axtarışında olduğunuz, oynamaq istədiyiniz rol varmı?

- Daha çox filmlərdə, fərqli-fərqli obrazlarda oynamaq istəyirəm.

 

- Xarici görünüşünüzdə dəyişiklik gördük. Bu dəyişiklik rolunuza görədir?

- Yox. Film çəkilən vaxt sağlıqlı yaşamaq üçün pəhriz saxlayırdım.  

 

- “Kırımlı” filimində bəzi səhnələrdə alman dilində danışırsınız. Alman dilində bilirsinizmi?

- Alman dilində bilmirəm, amma sağ olsun, Selma Ergeç və Baki Davrak mənə çox kömək etdilər. Hər gün alman dilində təkrar edirdik. Hətta alman dilindəki səhnələrim türk dilindəki səhnələrimdən daha yaxşı alınıb. Alman dili çox çətindir. İndi danışdığım sözlərdən nəsə soruşsanız, heç bir söz ağlıma gəlməz.  

 

- Türkiyədə serial qəhrəmanlarının çəkildikləri filmlər uğur qazan bilmir. Sizin  Beren Saatla oynadığnız film o qədər reytinq əldə etmədi. Bunun səbəbi nədir?

- Yox, çox da gözəl izləyici sayı vardı, belə bir şey yoxdur. Beren Saat da çox yaxşı aktrisadır və bir çox filmlərdə, serillarda çəkilib. Hazırda yaxşı film qəhrəmanlarının hamısı da seriallarda oynayırlar. Serillarda olanlar filmlərdən bəhrələnirlər. “Möcüzə”də oyanayan aktyorların hamısı da seriallarda oynayırlar.

 

- Son təqdim olunan filmlərdən hansını izləyı bilmisiniz?

- Vaxtımla əlaqədar bir çox filmləri izləyə bilməmişəm.  

 

- Yeni seriallara çəkiləcəksinizmi?

- Gələn il seriala çəkilmək fikrim var.

 

 

Rəqsanə

Tarix
16 Fevral 2015 [18:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin