Ana səhifə
23 Sentyabr 2018

Fətullah Gülən Ərdoğana “ədəbsiz” dedi

Fətullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ittihamına cavab verib.

 

Ucnoqta.azxəbər verir ki, F.Gülən Ərdoğanın “Kobani hadisələrinin arxasında “paralel dövlət” durur” ittihamına Türkiyə prezidentinin adını çəkmədən cavab verib.

F.Gülən bu iddianı səsləndirənlərin belə buna inanmadığıbı dilə gətirib: “Bir qisim ədəbsizlər deyə bilərlər ki, bu, xoşagəlməz hadisələrin arxasında da paralel-maralel durur. O yalana özləri də inanmırlar. Lakin etdiklərini yamamaq üçün özlərini təsəlli verirlər”.

“Gülən camaatı”nın lideri onlara atılan iftiraların hətta kafirlər tərəfindən də yol verilməyəcək həddə olduğunu söyləyib.

Kürdlərlə türklərin qardaş olduğunu bildirən F.Gülən tərəfdarlarının, camaat üzvlərinin heç bir ayrı-seçkiliyə yol vermədən onlara xidmət etməsini istəyib: “Kürdlər min ildir bizim qardaşlarımızdır. Çanaqqalada, milli-azadlıq hərəkatı illərində, fransız işğalı zamanı düşmənlərə qarşı döyüşərkən birlikdə olduq. Bunu söz xətrinə demirəm. Onlar həqiqətən bizim qardaşımızdır! Bu baxımdan onlara xidmət üçün qaçmalıyıq. Bu xidmətdən geri dönməməli, təmənna gözləməməliyik. Çünki bizim xidmətimizin mahiyyəti heç bir umacaq olmadan, təmənnasız çalışmaqdır. Padşahlara kölə olmarıq, lakin xidmətimizə kölə olarıq”.

Camaat üzvlərini xidmətə səsləyən F.Gülən Ərdoğan və hökuməti tərəfindən onlara atılan iftiraların bir müsəlmanın cənnətə girməsinə mane olacaq qədər böyük olduğunu deyib: “Bu kin, bu nifrət cənnətə girməyə mane olacaq qədər qorxuncdur”.

Qeyd edək ki, Ərdoğan bir neçə gün əvvəlki çıxışında Kobani hadisələrinə münasibət bildirərkən bunun arxasında Pensilvaniyada yaşayan F.Güləninin dayandığını demişdi.(Virtualaz.org)

 

Tarix
15 Oktyabr 2014 [18:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin