Ana səhifə
17 Noyabr 2018

Leyla Əliyevanın təşəbbüsü ilə - Tamaşa

İrəvan Dövlət Dram Azərbaycan Teatrı yeni beynəlxalq layihəyə imza atıb.

 

 

 

 

Ucnoqta.az xəbər verir ki, Teatrın direktoru İftixar Piriyevin aznews.az-a verdiyi məlumata görə layihə 16 fevral 2015-ci il tarixindən Leyla xanım Əliyevanın "Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində həyata keçiriləcək.

 

“Gürcü dramaturqu Nodar Dumbadzenin müharibə mövzusuna həsr olunan "Didro" əsəri tamaşaya qoyulacaq. Layihə Gürcüstan Mədəniyyət və Abidələrin Qorunması Nazirliyi, Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı ilə birgə həyata keçiriləcək”, - deyə İftixar Piriyev vurğulayıb.

 

Tamaşanı Tiflis teatrının aktyoru və rejissoru Turqay Vəlizadə hazırlayacaq. Tamaşada İrəvan Teatrının aktyoru Əhliman Ərşadlı və Tiflis teatrının aktyorları Aslan Məmmədov və Leyla Qasımova rol alıb. On gün müddətində hazırlanması nəzərdə tutulan layihənin premyerası 26 fevral tarixində gerçəkləşəcək.

Tarix
16 Fevral 2015 [15:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin