Ana səhifə
21 Noyabr 2018

Əhalinin sosial vəziyyəti yaxşılaşıb

Astara rayonunda keçən ilin müvafiq dövrü ilə müqayisədə ərizə və şikayət azalıb

 

 

 

Regionların sosial- iqtisadi inkişafı həmişə diqqət mərkəzində olub. Astara rayonunda digər sahələrdə olduğu kimi ötən il rayon əhalisinə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rayon Mərkəzi Xəstəxanası yeni tibbi cihaz və avadanlıqlarla təmin edilib. Kijəbə qəsəbə sahə xəstəxanası, Artupa həkim məntəqəsində təmir işləri davam etdirilir.
Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən ötən il fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsi təmin edilib. Cənub regionun önəmli rayonlarından biri olan Astarada bu müddət ərzində 56 min nəfər müayinəyə cəlb olunub, xəstəlik aşkar olunanlar respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib.  Bu da əhalinin böyük rəğbətinin qazanılmasına səbəb olub. Bu il də artıq fevral ayının 2-dən əhalinin tibbi müayinəsinə başlanıb, müayinələr may ayının 1-nə kimi davam edəcəkdir.  
Ötən il səhiyyə xidmətinin təşkilində və  idarəetmədə nöqsanlara yol verildiyinə, tapşırılan işin öhdəsindən gəlmədiyinə görə Mərkəzi Xəstəxananın baş həkimi tutduğu vəzifəsindən azad edilib. Yeni rəhbərliyin müalicə, müayinə və profilaktik tədbirlərin keyfiyyətini yaxşılaşdırmaqla, əhaliyə tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə nail olacağı şübhə doğurmur.   
Rayon mədəni-maarif müəssisələrinin kollektivləri yaşayış və sərhəd məntəqələrində, Bakı şəhərində və bir sıra rayonlarda keçirilən müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış ediblər. Kakalos kənd Mədəniyyət evinin  “Əvəsor” xalq kollektivi Bakı şəhərində Novruz şənliyində, incəsənət festivalında, Masallı şəhərində Beynəlxalq Folklor festivalında iştirak edib, diploma layiq görülüb. Bununla yanaşı rayonun bir sıra mədəni-maarif müəssisələrində əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi qənaətbəxş olmayıb. Klub, kitabxana, mədəniyyət evlərində əmək intizamı və iş ahəngi günün tələblərinə cavab verməyib. Bəzi hallarda keçirilən kütləvi tədbirlər formal xarakter daşıyıb. Artıq bu sahədə də müəyyən işlər görülür. Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik  tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin inkişafı daim diqqətdə olub. Gənclərin hərbi vətənpərvərliyə və orduya hazırlanması məqsədilə ənənəvi olaraq “Şahin”, “Cəsurlar” hərbi idman oyunları və “Vətən sərhəddən başlayır” mövzusunda tədbirlər keçirilməsinə xüsusi diqqət yetirilib. Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaradıb.  Rayonda ideoloji işin təşkili, ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində müəyyən işlər görülb. Azərbaycan Respublikası Prezidentinin tövsiyə və  tapşırıqlarından irəli gələn vəzifələrin əhaliyə çatdırılması məqsədilə yaradılmış təbliğat qrupları yerlərdə, o cümlədən Heydər Əliyev Mərkəzində, idarə, müəssisə və təşkilatlarda ardıcıl olaraq tədbirlər keçiriblər. Bura əhalinin bütün təbəqələrini cəlb etməklə yetişməkdə olan gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli adət-ənənələrimizə hörmət ruhunda formalaşması istiqamətində tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilib.
Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik tam təmin edilib.
  2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri uğurlu olub. Seçkilər demokratik prinsiplərə tam uyğun keçirilmiş bələdiyyə üzvlərinin keyfiyyət tərkibi gənclər hesabına xeyli yaxşılaşıb. 
Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirilib. Rayon İcra hakimiyyəti başçısının aparatı, şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 114 min 691 manat vəsaitin köçürülməsi təmin edilmişdir. 2014-cü il ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 532 nəfər gənc hərbi xidmətə yola salınıb. Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən işlər görülüb.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülüb. Bu da əvvəlki dövrlə müqayisədə edilən müraciətlərin sayının azalmasına səbəb olub.
2014-cü ildə rayon İcra hakimiyyətində 1122  ərizə və şikayət qeydə alınıb, o cümlədən onlardan 590-ı vətəndaşlardan, 532 ərizə isə yuxarı təşkilatlardan daxil  olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 316 ərizə və şikayət azalıb. Bu dövrdə ayrı-ayrı yaşayış məntəqələrində 38 səyyar qəbul keçirilib, 186 nəfər vətəndaşın müraciətləri əsasında qaldırılan məsələlər yerində həllini tapıb.
Rayon İcra hakimiyyəti “Dövlət qulluğu haqqında” və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq  kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadrların hazırlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. İlk növbədə işgüzar, bacarıqlı, təcrübəli, tapşırılan işin öhdəsindən layiqincə gələn, dövlətçiliyə sədaqətli gənc kadrların dövlət qulluğuna qəbul olunmasına xüsusi diqqət yetirilib.
Ümumilikdə 2014-cü ilin uğurlu nəticələri, əlbəttə, qənaətbəxşdir. Lakin hələ görüləsi işlər də çoxdur. Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. İlk növbədə rayon əhalisinin içməli su təminatı, Astara şəhərinin kanalizasiya sisteminin qurulması, Burzubənd-Tüləgüvan və Taxtanakəran-Miki-Toradi kəndlərarası yolların asfaltlaşdırılması, Düriyə-Şümrüd yolunun əsaslı təmiri, qazlaşdırılmamış yaşayış məntəqələrinə təbii qazın çəkilməsi, Astara və Pensər çaylarında sahilbərkitmə işlərinin aparılması, rayonun elektrik təsərrüfatının yenidən qurulması, ümumtəhsil məktəbləri, klub, kitabxana, mədəniyyət evlərinin, körpələr evi-uşaq bağçalarının tikintisi və əsaslı təmiri qarşıda duran ən vacib məsələlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ili “Kənd təsərrüfatı” ili elan etməsi əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail olmaq üçün atılmış addımdır. Rayon qarşıya qoyulan məqsədə çatmaq üçün öz tövhəsini verəcəkdir. 2014-cü ilin nəticələri bunu deməyə əsas verir.

 

Tarix
16 Fevral 2015 [13:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin