Ana səhifə
18 Noyabr 2018

Müsavat Partiyasında “başqan» problemi

Səxavət Əlisoy: “Müsavat xəstələnmişdi, qurultayda həm də yaralandı”

 

 

Müxalifət “ölü” vəziyyətini saxlayır. Belə ki, əsas müxalifət partiyası olmaq uğrunda bir-biri ilə “savaşan” siyasi partiyalar hər mitinqdən-mitinqə, hər seçkidən - seçkiyə bir qədər də açızləşir və daxili “intriqaları” getdikcə artır. Getdikcə də öz ambissiyalarından əl çəkə bilmədikləri, hakimiyyət uğrunda deyil, “ana müxalifət” olmaq uğrunda gedən mübarizəni udmaq istəyi ilə çarpışdıqları daha qabarıq görünür.

Milli Şuranın son mitinqindən sonra müxalifət partiyalarının bir – birini heç vaxt qəbul edə bilməyəcəyi, heç vaxt bir ola bilməyəcəkləri bir daha ortaya çıxdı. Müsavatla AXCP arasında, eləcə də Müsavatın son qurultayından sonra partiyanın daxilində baş alıb gedən zidiyyətlər, bir - birini ittihamlamlar heç də deyildiyi kimi hər kəsin öz fikrini sərbəst ifadə etməsi, fikir pülüralizmindən irəli gəlmədi. Bu gün Müsavat Partiyasında baş verən əqidə, fikir ayrılıqları əslində partiyanın parçalanmasına yol açıb. Artıq Müsavat Partiyasında mübahisəli məsələlər sırasına İsa Qəbərin kabinetini hansı səbəbdən boşaltamaması da qoşulub. Bununla yanaşı müsavatçılar partiyanın qurultayı ilə bağlı “ilginc” açıqlamalar verərək, qurultayı, seçkiləri teatr adlandırıblar.  Görünən odur ki, başqanlığa gələn yeni komanda keçmiş başqan İsa Qəmbərin partiyadan kənarlaşmaması, kabineti boşaltmamasından narahatdırlar. Artıq partiya mənsubları İsa Qəmbərin davranışlarını şərh etməkdən belə çəkinmilər.  Bu günə qədər İsa Qəmbərin başqanlıqdan getməsi ilə partiyada təlatüm yaranacağını iddia edən müsavatçılar, bu gün “nə qədər ki, İsa Qəmbər qərargahdadır, kabinetindədir, Arif Hacılını yanına salaraq ora-bura aparacaqsa, Arif Hacılı deyil, onun özü başqan olacaq, indi belə çıxır ki, qurultay, seçkilər teatr idi?” deyə fikirlər də səsləndirirlər və belə dəyişikliyi qəbul etmirlər.

Bir sözlə, müsavatçılar İsa Qəmbərin birdəfəlik getməsini tələb edirlər.

Müsavat Partiyasının keçmiş müşaviri Səxavət Əlisoy  bildirdi ki, partiyada çox ciddi proseslərin getdiyi bir vaxtda “kabinet”məsələsinin bu şəkildə ortaya atılması çox da önəmli deyil. Onun sözlərinə görə, başqanın, İcra Aparatı rəhbərinin, müavinlərinin harda oturmasını vaxtilə Mərkəzi İcra Aparatının rəhbəri olmuş Arif Hacılıdan soruşmaq lazımdır. “O ki qaldı Arif Hacılının İsa Qəmbərlə “birlikdə hərəkət etməsi” ilə bağlı iddilara, etiraf etmək lazımdır ki, onlar neçə illik məslək yoldaşları, 25 illik dostlardır. Birlikdə böyük siyasi yol keçiblər. İsa Qəmbər Məclis üzvüdür və partiyaya gəlib getməlidir. Burada elə bir qəbahətli şey görmürəm. Eyni zamanda da Azər Ayxanın İsa Qəmbərin kabinetdən kənarlaşmaması ilə bağlı fikirlərinə də hörmətlə yanaşıram. Onun da fikirlərinin önəmi var. Ancaq deyilənlər “taxt-tac məsələsi” deyil. Arif Hacılını “sultan” seçməyiblər ki, o da gedib otursun taxtında. Partiyada 20-25 otaq var. Arif Hacılı onlardan birində oturub başqanlığını edəcək. Söhbət bu gün İsa Qəmbərin partiyada qalmaqla Arif Hacılını fəaliyyətinə mane olmasından gedirsə, bu yanlışdır. Çünki Müsavat Partiyasının nizamnaməsi var, Məclis üzvlüyü başqan statusundan yüksək olmayacaq ki. Yəni bunu da zaman nizama salacaq”.

S.Əlisoy qeyd etdi ki, Müsavat Partiyası başqanın indiyə qədər keçirilən seçkilərinin legitimliyi son seçkilərdəki qədər şübhəyə alınmayıb.  Onun sözlərinə görə, İsa Qəmbər 4 dəfə başqan seçilsə də, bu günə qədər bir kimsə seçki prosesində saxtakarlığın, nizamnamə pozuntusunun olduğunu ortaya qoymayıb.  “Bu gün isə Arif Hacılını legiytim başqan kimi qəbul etməyənlər var. Çünki ortda suallar var və bu da rəsmən onlara təqdim olunub”.

S.Əlisoy bildirdi ki, bu gün əsas problem Müsavat Partiyasının cəmiyyət üçün açıq olmasına yönəlik aparılan mübarizə ətrafında cərəyan edir. O, bu mənada Müsavatdakı ziddiyyətlərin, sualların ortaya çıxmasında qeyri-adi heç nə görmədiyini dedi. Onun sözlərinə görə, Müsavat Partiyasında baş verənlər bizim xalqın mentalitetinə uyğun bir prosesin nəticəsidir. “Məsələn, bu gün Azərbaycanda müəyyən ailələr var ki, daxildə ədavətləri var. Amma kiminsə ağsaqqallığı, ağbirçəkliyi altında bu problemlərə susurlar. İnsanlar problemlərə susmaqla, guya özlərini abırlı aparırlar. Söhbər ondan gedir ki, bir partiyada ki, fikir ayrılıqları, pülüralizm yoxdur, orda heç vaxt düzgünlükdən söhbət gedə bilməz. Müsavat Partiyasında da bu problemlər var idi, sadəcə olarq İsa Qəmbər öz reytinqinə görə aranı sakitləşdirirdi. Müsavatda problemlər yığışmışdı. Məsələn, İsa Qəmbər 22 ilə yaxın idi ki, partiyaya başqanlıq edirdi. 7-8 il idi ki, qurultay keçirilmirdi. Bunlar Müsavat Partiyasının düzgün idarə olunmanası üzündən baş verirdi.  Partiyada bu intriqalar 10 illərdir davam edib. Yeri gəlmişkən intriqaların başında duran ən əsas adam da elə Ari Hacılı olub. Bu intriqalar üst-üstə yığıldı, konservləşdirildi. Hətta konservaların üstünə belə yararlılıq müddəti yazılır. Burda da Müsavat xəstəliyə doğru gedirdi. Bu intriqalara görə partiyadan nə qədər adamlar getdi. Müsavat xəstələnmişdi. Qurultayda həm də çox ağır yaralandı. Bu qurultay Müsavatın dilini gödək elədi. Sabah heç kimə deyə bilmərik ki, sən seçkilərdə saxtakarlıq elədin. Reallıq budur”.

 

 

T.Qafarlı   

Tarix
15 Oktyabr 2014 [19:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin