Azərbaycan nefti bahalaşır

12:46 - 28 May 2021 - İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti artır.

“Azeri Light” markalı neftin bir bareli 0,23 ABŞ dolları və ya 0,33 faiz bahalaşıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,22 ABŞ dollarını təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Xəbər xətti