Azərbaycan nefti bahalaşıb

13:21 - 27 May 2021 - İQTİSADİYYAT

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 26-da 68,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,93 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel çoxdur.

Xəbər xətti