Tahir Salahov sabah dəfn olunacaq

11:29 - 23 May 2021 - Mədəniyyət

Tahir Salahov sabah Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə Ucnoqta.az-a Mədəniyyət Nazirliyindən bildirilib. Belə ki, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Respublikamızın ən ali təltiflərinə – “İstiqlal”, “Heydər Əliyev” ordenlərinə, Heydər Əliyev mükafatına, 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülmüş, uzun illər SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olan, 20 ildən çox Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərən, dünya şöhrətli rəssam, Tahir Teymur oğlu Salahov sabah 24 may 2021ci il tarixdə Bakı şəhərində Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycanın Xalq rəssamı Tahir Salahov 92 yaşında Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Xəbər xətti