Ana səhifə
18 Sentyabr 2018

Goranboyda yeni yaşayış məskəni aşkarlanıb

Goranboyda 6500 illik tarixi olan yeni yaşayış məskəni tapılıb
Hazırda ərazidə tədqiqat işləri davam etdirlir

Ucnoqta.azxəbər verir ki, Goranboyda ən azı 6500 illik tarixi olan yeni yaşayış məskəni və 2800 illik yaşı olan kurqan aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Naftalan-Goranboy elmi ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov bildirib ki, Goranboyun Qaraçinar kəndi ərazisində tapılan yaşayış məskəninin yaşının ən azı 6500 olduğu müəyyən edilib. Bununla yanaşı, Goranboyun mərkəzindən 10 kilometr məsafədə- Ağcakənd yolunun sol tərəfində diametri 30 metr, hündürlüyü 3 metr 20 sm olan kurqan aşkarlanıb. Kurqan açıldıqdan sonra isə onun içindən üstü ağac tirlərlə örtülmüş, uzunluğu 11 metr, eni 8,5 metr olan sərdabə tapılıb. Sərdabənin ağac tirləri üzərində 5-6 ədəd saxsı qab olub. İlkin tədqiqatlar zamanı həmin qabların eramızdan əvvəl 6-7-ci əsrə aid olduğu təxmin edilib.
Hazırda ərazidə tədqiqat işləri davam etdirlir.
 

 

Samir

Tarix
15 Oktyabr 2014 [17:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin