Ana səhifə
19 Noyabr 2018

Astarada kənd təsərrüfatı məhsulları istehsalçılarına 94 min manat subsidiya verilib

Çay plantasiyalarından 308 ton yaşıl çay yarpağı yığılıb emal müəssisələrinə təhvil verili

 

 

 

Qloballaşma prosesinin geniş vüsət aldığı XXI əsrdə Azərbaycan tərəqqi yolunda sürətlə irəliləyir,  zəngin və qüdrətli bir dövlətə çevirir. Bunun nəticəsidir ki, iqtisadi sahədə də Azərbaycan özünün inkişaf modelini yaradaraq, ümumi daxili məhsulun artım tempinə görə, son illərdə dünya dövlətlərinin siyahısında lider mövqedən çıxış edir. İqtisadi inkişaf tempinə görə, artıq dünya miqyasında adı daha çox nümunəvi dövlət kimi çəkilməkdə olan Azərbaycanı bu sahədə fərqləndirən əsas xüsusiyyətlərdən biri də regionların inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin uğurlu olmasıdır. Bu uğurların əldə olunmasında Astara rayonun da öz payı var. Rayonda   istər iqtisadi, istərsə də sosial sahədə ciddi işlər görülüb. Uğurlu nətixələr əldə olunub. Bu işlərdən biri də əhalinin enerji təminatının yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsidir. Nəticədə əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunur.. 2014-cü ildə əhaliyə göstərilən rabitə xidmətinin həcmi 681 min manat təşkil edib, bu da ötən illə müqayisədə 113 min 726 manat çoxdur. Asxanakəran, Şiyəkəran, Şahağacı, Ojakəran, Şağlazüzə kəndlərinə yeni kabel xətti çəkilib. Ötən il internet istifadəçilərinin sayı 2400 nəfərə çatıb.

Ötən il ərzində rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il 7 sahibkara 86,7 min manat məbləğində güzəştli şərtlərlə kredit verilib. Nəticədə yeni iş yerləri yaradılıb ki, bu da rayon sakinlərinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub.

Qeyd edək ki, nəzərdə tutulan dövrdə fermer təsərrüfatlarına və fiziki  şəxslərə 128 ton həcmində mineral gübrələr güzəştli şərtlərlə satılıb. 836 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına isə 94 min  manat dəyərində subsidiya  verilib.

Rayonun Şüvi və Ojakəran ərazisində çayçılıq təsərrüfatları yaradılıb və həmin təsərrüfatlarda 1 milyondan çox dibçəklərdə çay şitilləri yetişdirilib.Yetişdirilmiş çay şitilləri  30 hektar yeni çay plantasiyaların yaradılmasına sərf olunacaqdır. Çay plantasiyalarından 308 ton yaşıl çay yarpağı yığılıb emal müəssisələrinə təhvil verilib. Ümumilikdə 200 yeni iş yeri açılıb.  2014-cü ildə Astarada 1115 ha sitrus və subtropik meyvə bağlarından 32 min tondan artıq məhsul yığılıb. 163 hektar  buğda, 147 hektar çəltik, 512 hektar paxlalı bitkilər, 233 hektar sahədə qarğıdalı əkilib.

Amma bəzxi neqativ hallar da müşahidə edilir. Hesabat ilində torpaqların təyinatı üzrə istifadə olunması, əkilib becərilməsi  sahəsində müəyyən işlər görülsə də, torpaqlardan səmərəli istifadə edilməsi qənaətbəxş olmayıb. Bəzi yerlərdə torpaq qanunvericiliyi kobud surətdə pozulub, həmin torpaqlarda qanunsuz tikililər aparılıb. Tapşırılan işin öhdəsindən gəlmədiyinə, kollektivə rəhbərliyi təmin edə bilmədiyinə görə Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri tutduğu vəzifəsindən azad edilimb. Təyin olunmuş yeni rəhbərlik yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün əməli tədbirlər görməlidir ki, belə neqativ hallar təkrar olunmasın.

Suvarma Sistemləri İdarəsi əkin sahələrinin, yaşayış məntəqələrinin sel-sularından mühafizəsi üçün bir sıra tədbirlər görüb. Alaşa, Artupa, Ərçivan, Kakalos, Bala Şahağacı, Şiyəkəran, Təngərüd və Pensər kəndlərində təsərrüfatların və yaşayış məntəqələrinin sel-sularından mühafizəsini təmin etmək məqsədilə ümumilikdə 95 min metr kanal palçıq və lildən təmizlənib. 
Rayon ərazisində meşə sahələrinin qorunması və yeni sahələrin yaradılması istiqamətində tədbirlər görülüb. Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 380 ha sahədə  meşə bərpa tədbirləri görülüb, o cümlədən 60 hektar sahədə əkin və  səpin yolu ilə meşə əkinləri aparılıb. Müəssisənin rəhbərliyi meşələrin qorunub mühafizə olunması, qanunsuz meşə qırıntılarının qarşısının alınmasına qarşı mübarizənin daha da gücləndirməsi istiqamətində mütamadi işlər görür.

Astara rayonunda əhalinin sosial təminatı da həmişə diqqət mərkəzində olub. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 8 min 712 ailə üzvünü özündə birləşdirən 1637 ailəyə ünvanlı sosial yardım təyin edilib. Hər bir ailəyə düşən orta aylıq məbləğ 140 manatdır. Ünvanlı sosial yardım yalnız zəruri ehtiyacı olan aztəminatlı ailələr üçün nəzərdə tutulub. Təəssüflə qeyd etmək lazımdır ki, mərkəzdə vətəndaşlardan sənədlərin qəbulu zamanı bir sıra xoşagəlməz hallara rast gəlinir. Bəzən onların haqlı tələbləri vaxtında həll olunmur, süründürməçiliyə yol verilir. Yerlərdə araşdırmalar dəqiq aparılmır, ədalətlilik prinsipi pozulur. Nəticədə, rayon İcra hakimiyyətinə və digər yuxarı orqanlara mərkəzinin rəhbərliyi və əməkdaşlarının qanunsuz hərəkətləri barədə ərizə və şikayətlər daxil olur. Narahatçılıq doğuran əsas səbəblərdən biri də ünvanlı sosial yardımla bağlı müraciətlərə rayon icra hakimiyyəti işə qarışdıqdan sonra vətəndaşların haqlı tələbləri təmin edilir. Bu da onu göstərir ki, mərkəzdə vətəndaşların qanuni tələblərinin vaxtında təmin edilməsinə biganə yanaşılır, cavabdeh şəxslər barədə təsirli tədbirlər görülmür. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbərliyi göstərilən nöqsanları aradan qaldırmazsa, barəsində ən qısa müddətdə ciddi tədbir görüləcəkdir.

Ötən il rayonun təhsil işçiləri üçün də uğurlu olub. 164 məzun respublikanın müxtəlif ali məktəblərinə daxil olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə rayonun ümumtəhsil məktəblərində çalışan 1 müəllim “Tərəqqi” medalına, 3 müəllim “İlin ən yaxşı müəllimi” fəxri adına layiq görülüb. Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi kimi 10 min manat pulla mükafatlandırılıb. Bütün bu uğurlar təhsilimizə göstərilən dövlət qayğısının ən gözəl nümunəsidir.   

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının əyani şəkildə öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” şüarı altında rayonun IX-XI sinif şagirdləri Gəncə şəhərinə səfəri təşkil olunub. Burada onlar Gəncənin qədim tarixi,  zəngin mədəniyyəti, sosial-iqtisadi və mədəni inkişafı ilə tanış olublar.

Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülüb. Yerli büdcə hesabına Sipiyəpard kənd tam orta məktəbi təmir edilib, Suparibağ kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Əzərud və Anboba kənd ibtidai məktəbləri üçün  80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Sım və Artupa kənd tam orta məktəbləri üçün yeni binaların tikintisinə başlanıb.
Görülən işlərlə yanaşı ümumtəhsil məktəblərində təlim-tərbiyə və tədris işinin təşkili sahəsində bir sıra nöqsanlar da olub.  Ümumtəhsil məktəblərinin əsasən yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş deyildir. Dərs saatlarının ixtisaslar üzrə bölgüsündə, müəllim kadrlarının seçilib yerləşdirilməsində qeyri-obyektivliyə yol verilmişdir. Bu da həmin məktəblərdə təlim-tərbiyənin və tədrisin keyfiyyətinə mənfi təsir göstərib. 

Rayon təhsil şöbəsinin rəhbərliyi ümumtəhsil məktəblərində təlim-tərbiyə və  tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məktəb direktorlarına qarşı tələbkarlığı artırıbı, bu sahədə yol verilmiş nöqsanları aradan qaldırması üçün lazımi tədbirlər həyata keçirir.
 

Tarix
14 Fevral 2015 [11:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin