AzTV-dən türkdilli ölkələrin prezidentlərinin təşəbbüsünə cavab - VİDEO

16:38 - 19 May 2021 - Mədəniyyət

Azərbaycan Televiziyasının təşəbbüsü ilə türkdilli dövlətlər ortaq layihəyə imza atıblar.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, layihə “Türk dünyası” adlanır.

Həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək.

Materiallar hər bir xalqın öz dilində olacaq. Lakin Azərbaycan tamaşaçısının tam başa düşməsi üçün alt yazı əlavə olunacaq.

Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin TV kanallarında verilməsi planlaşdırılır.

İlk buraxılışın gələn həftə yayımlanması nəzərdə tutulub.

Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüslərə cavab olaraq yaradılan layihədir.

Xəbər xətti