Ana səhifə
19 Sentyabr 2018

Samira, Linet və Kemal Ucar “Körpü” şouda... - FOTO

 “Li-li group” və “Mərdan” yapımın birgə layihəsi olan “Körpü” şounun növbəti buraxılışının qonağı müğənnilər Samira, Linet və “Ezel” filmindən tanınan aktyor Kemal Ucar olub.

 

 

 

Aparıcı Aynur Hacıyevanın qonaqları ilə səmimi söhbəti verlişi dinamik, əhval-ruhiyyəli edib.  Təssüratlarını bölüşən Aynur xanım bunları qeyd edib: “Iki ölkənin güclü səsləri Samira və Linet canlı ifaları ilə səhnəni coşdurdular. Bildiyiniz kimi verliş İstanbulda çəkilir. Zaldakı tamaşaçımız da türklər idi. Onlar Samiranın Uitni Hyustonun repertuarından olan mahnısını heyrətlə dinlədilər. Kemal bəy belə iki sənətçini peşəkar ifasını dinləyib, özünü sanki ifaçıların konsertində olduğunu dilə gətirdi. Leyla Babayeva isə öz növbəsində maraqlı musiqi nömrələri ilə verlişə rəng qatdı”.

Qeyd edək ki, Türkiyənin oxunan portallarından olan Gecce.com, Televizyondizisi.com və başqaları “Körpü” şou haqqında yazıb. Verlişin bu buraxılışı fevralın 15-də “Xəzər” televiziyasında təqdim ediləcək. 

Tarix
13 Fevral 2015 [23:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin