Rusiyada məktəbə hücum edənlərdən biri öldürülüb, biri saxlanılıb - FOTO

12:58 - 11 May 2021 - HADİSƏ

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində yerləşən orta məktəbə silahlı basqın edən şəxslərdən biri öldürülüb.

TASS agentliyi bu barədə hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, məktəbə xüsusi təyinatlılar daxil olub, bina tam nəzarətə götürülüb.

Məktəbə silahlı basqın edən digər şəxs - 19 yaşlı İlnaz Qalyaviev isə saxlanılaraq istintaqa cəlb olunub.
Qeyd edək ki, Kazan şəhərinə orta məktəbdə baş vermiş silahlı insident zamanı həlak olanların sayı artıb.

TASS agentliyi xəbər verir ki, son məlumata əsasən, hadisə nəticəsində iki müəllim və doqquz şagird öldürülüb.///oxu.az


Xəbər xətti