Biləsuvarda Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib - Foto

13:14 - 10 May 2021 - ÖLKƏ İÇİ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Biləsuvarda ağacəkmə aksiyası keçirilib.

Ucnoqta.az xəbər verir ki, 10 may 2021-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Biləsuvar rayonunun Mərkəzi parkında ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayon ictimaiyyətinin nümayəndələri və gənc könüllülər iştirak etdi.Aksiya çərçivəsində əsasən zeytun və şam ağacları əkilərək suvarılıb.

Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini davam etdirmək məqsədi ilə rayonun kəndlərində də ağacəkmə aksiyaları təşkil edilib.


Xəbər xətti