Güclü külək Mingəçevirdə 50-dək ağacı aşırıb - Foto

13:11 - 10 May 2021 - ÖLKƏ İÇİ

Dünən axşam saatlarından başlayan güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlara səbəb olub.

APA-nın Mingəçevir bürosu xəbər verir ki, şəhərin Vaqif, N.Nərimanov, Təbriz, Səməd Vurğun, İsmət Qayıbov, Dilarə Əliyeva və digər küçələrində ilkin hesablamalara görə əlliyə qədər ağac aşıb.
Külək ağacları nəqliyyat vasitələrinin, yaşayış və inzibati binaların, qarajların, hasarların üstünə, yollara aşırıb.

Nəticədə tikililərə, avtomobillərə, elektrik xətlərinə, şəhər təsərrüfatına ciddi ziyan dəyib, eləcə də fərdi təsərrüfatlarda yetişən meyvə və tərəvəz bitkiləri yarasız hala düşüb.

Fəsadların aradan qaldırılması üçün səhər saatlarından etibarən müvafiq tədbirlərin görülməsinə başlanılıb.


Xəbər xətti