Gədəbəydə polis ağacəkmə aksiyası keçirib - Foto

00:59 - 10 May 2021 - Xəbər

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, 200-dən çox şam ağacları əkiblər.

Əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.


Xəbər xətti