Bakıda avtomobil 4 piyadanı vurub, ölən və yaralananlar var

00:40 - 10 May 2021 - HADİSƏ

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib. 

Gülarə Qədirbəyova küçəsində “BMW” markalı avtomobil 3-ü qadın olmaqla, bir ortayaşlı oğlanı vurub. ​​​​​​​

Məlumata görə, onlar işlədikləri mağazadan çıxaraq piyadalar üçün müəyyən edilməmiş hissədən keçirmiş. Yol qəzası nəticəsində 3 qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

28 yaşlı Rauf Məmmədov isə hadisə yerində ölüb.

Xəbər xətti