Ana səhifə
26 Sentyabr 2018

Türkiyəli müğənni konsert verecek - Bakıda

Türkiyəli ifaçı Oya Ergün konsert verəcək

Ucnoqta.azxəbər verir ki, Bakıda Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə 1-ci dəfə keçirilən “Türkiyə Caz Festivalı” çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Türkiyəli ifaçı Oya Ergün konsert verəcək. O.Ergün oktyabrın 16-da Park Bulvar-da bakılı tamaşaçıların qarşısına çıxacaq. Eyni zamanda “Türkiyə Caz Festivalı”nın təşkilatçısı olan Oya Ergün konserti haqqında bunları deyib: “ Mən çox şad oldum ki, Azərbaycanda belə bir festival təşkil etməyi bacardım. Mənə bu işdə dəstək olan Türkiyənin Azərbaycandakı səfirliyinə öz təşəkkürlərimi bildirirəm. Festivalın son konsertini mən verəcəm. Həmin konsertimdə məni pianoda dostum, eyni zamanda Türkiyədə sözünü demiş caz ustası olan Evrim Demirel Ensemble müşayət edəcək. Biz Evrim beylə bir çox xarici ölkələrdə konsertlər vermişik. İllər sonra Bakıda yenidən bir araya gəlib dəyərli dostumla konsert vermək məni çox sevindirir”.

Qeyd edək ki, Oya Ergün və Evrim Demirel Ensemble Amsterdamda Konservatoriyada birlikdə oxuyublar. E. Demirel eyni zamanda bəstəkar kimi də fəaliyyət göstərir. Demirel Avropanın ən önəmli konsert salonlarında konsertlər verib.

Evrim Demirel Ensemble bu gün saat 21-30 da Park Bulvar-da cazseverlər qarşısnda çıxış edəcək.

Tarix
15 Oktyabr 2014 [17:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin