Ağcabədidə yol qəzası olub - xəsarət alan var

23:48 - 9 May 2021 - HADİSƏ

Ağcabədidə yol qəzası qeydə alınıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə 1 nəfər deformasiyaya uğrayan "LADA" markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti