Ramazanın 27-ci gününün duası: İmsak və iftar vaxtı

22:46 - 9 May 2021 - Cəmiyyət

Sabah Ramazan ayının 27-ci günüdür.

Ucnoqta.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da imsak vaxtı saat 03:46-da, iftar vaxtı isə 20:00-dadır.

İmsak duası: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!”

Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

Allah orucunuzu qəbul etsin!

Xəbər xətti