Bakıdan Zaqatalaya gedən mikroavtobus aşıb - Foto

20:42 - 9 May 2021 - HADİSƏ

Bakıdan Zaqatalaya gedən “Mersedes Bens VİTO ” markalı mikroavtobus qəzaya uğrayıb.

Hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini, Şahin Əflatun oğlu Əlixanovun idarə etdiyi “Mersedes Bens VİTO ” markalı, 99 SC 071 dövlət nömrə mikroavtobus ilə Bakıdan Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın aşıb. Qəza baş verən zaman avtomobildə sürücü və 5 nəfər sərnişin olub.

Qəza zamanı xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti