İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib

19:34 - 9 May 2021 - ÖLKƏ İÇİ

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən növbəti tədbir zamanı avtomobillərini müəyyən edilməyən yerlərdə park edən sürücülərlə izahedici söhbətlər aparıb.

Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb.  Həmin sürücülər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Xəbər xətti