Sadiq Xan yenidən London meri seçilib

18:14 - 9 May 2021 - DÜNYA

Londonun ilk müsəlman meri Sadiq Xan yenidən öz vəzifəsinə seçilib.

Bu barədə BBC məlumat yayıb. Müxalif Leyboristlər partiyasının üzvü olan Xan seçkilərdə 55,2%, onun mühafizəkar rəqibi Şon Beyli isə 44,8% səs toplayıb.

Qeyd olunub ki, hələ ötən ilin may ayında keçirilməli olan seçkilər pandemiya səbəbindən bir il təxirə salınıb.

Xatırladaq ki, Sadiq Xan 1970-ci ildə Londonda, əslən pakistanlı olan çoxuşaqlı ailədə doğulub. O, ilk dəfə 2016-cı ildə şəhər rəhbəri seçilib.///oxu.az

Xəbər xətti