BNA-dan sürücülərə XƏBƏRDARLIQ

14:32 - 9 May 2021 - Xəbər

Proqnozlaşdırılan güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sürücülərə etdiyi müraciətdə qeyd edilir:
"Piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamaları, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz. Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin" - deyə, müraciətdə bildirilir.

Xəbər xətti