Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib - Foto

11:00 - 9 May 2021 - Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib.

Ucnoqta.az xəbər verir ki, 1941-1945-ci illər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil təqdim edilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov avtomobilin açarlarını Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təqdim edib. O, alman faşizmi üzərində Qələbənin əldə olunmasında xalqımızın misilsiz xidmətlərini qeyd edib. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində fəal dövlət siyasətinin formalaşdırlmasının təmin edildiyini vurğulayıb. V.Behbudov Prezident İlham Əliyevin müharibə veteranlarına xüsusi qayğısından bəhs edib. Bu kateqoriyalardan olan insanların sosial təminatlarının gücləndirilməsi sahəsində mühüm addımların atılığını diqqətə çatdırıb, veteranları 9 May-Qələbə günü münasibətilə təbrik edib.

F.Səttarova İkinci Dünya müharibəsi iştirakçılarına göstərilən hərtərəfli qayğıdan razılıqla söz açıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərilən diqqətə, bu gün Təşkilatın avtomobillə təmin olunmasına görə təşəkkürünü bildirib.

Görüş əsnasında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən, erməni faşizmini məhv etməsindən qürurla bəhs olunub.


Xəbər xətti