Ana səhifə
20 Noyabr 2018

AMEA - da struktur dəyişikliyi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi aparatının strukturunda dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Mərkəzi aparatın strukturunda dəyişikliyin edilməsi haqda qərar qəbul olunub.

Qərara əsasən, AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquqi təminat şöbəsi, Təhsil və kadrlar şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib. Hüquqi təminat şöbəsinin bazasında Ərizə və şikayətlər şöbəsi, Kadrlar şöbəsi və Qanunvericilik təminatı şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsi yaradılıb. AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsinin Əsasnaməsi təsdiq edilib, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev idarənin rəisi vəzifəsinə təyin edilib.

AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Təhsil şöbəsi yaradılıb. İclasda Təhsil şöbəsinin əsasnaməsi təsdiq edilib, Nuridə Quliyeva Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Bundan əlavə, İctimaiyyətlə əlaqələr şöbəsinin bazasında “Elm qəzet”i, “Elm və həyat” jurnallarının redaksiyalarından, science.az web-portalından və İctimaiyyətlə əlaqələr şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb. Qərara əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən science.az portalı AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturuna daxil edilib.(Hafta.az)

 

Tarix
15 Oktyabr 2014 [17:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin