Binəqədidə yanğında 12 ağac yanıb

09:25 - 5 May 2021 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda 70 m² sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb.

 Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 m² sahədə əriyib.

Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti