Ana səhifə
26 Sentyabr 2018

Dünyanın ən qalmaqallı 18+ kinosu Bakıda

“Bozun 50 çaları” bu gündən Nizami Kino Mərkəzində nümayiş olunur

 

 

Böyük ekranlara gəlməyi ilə qalmaqallara səbəb olan “Bozun 50 çaları” bədii filmi bu gündən etibarən Nizami Kino Mərkəzində nümayiş olunacaq.

 

Ucnoqta.az-ın məlumatına görə, kinosevərlərin və kinotənqidçilərin səbirsizliklə gözlədiyi film bakılı tamaşaçılara 3D formatında təqdim olunacaq.

 

Filmin rejissoru Sem Teylor – Conson, E.L. Ceymsin eyniadlı roman-bestselleri əsasında çəkib. Ekran əsəri dram və melodram janrlarının remiksidir. Filmdə Anasteyşa rolunu ifa edən, hollivud ulduzları Melani Qriffit və Don Consonun qızı – Dakota Conson bu ekran əsərini möcüzəvi məhəbbət nağılı adlandırıb.

 

Baş qəhrəman, Anasteyşa Stil yaxın rəfiqəsi və qrup yoldaşı Keytlə birgə kirayə evdə qalırlar. Universitetdə buraxılış imtahanına bir həftə qalmış, Anasteyşa xəstələnən rəfiqəsinin xahişi ilə, cazibədar milliarder Kristian Qreydən müsahibə almağa gedir. Cox da uğurlu alınmayan müsahibədən sonra, Anasteyşa cavan milliarderlə bir qaha görüşəcəklərini ağlına belə gətirmir. Gözlənilmədən Qrey gənc qızın işlədiyi mağazada peyda olur və bu gəliş onların tanışlıqlarına davam verir. Müddət keçdikcə Anasteyşa varlı Qreyin gizli seksual hissləri haqda öyrənir...

 

Filmdəki obrazları aktyorlar Ceymi Dornan, Dakota Conson, Lyuk Qrayms, Viktor Rasuk, Eloiza Mamford, Marşa Qey Harden, Rita Ora, Maks Martini, Kallum Kit Renni, Cennifer İli və başqaları canlandırıb.

 

 

ans press

Tarix
12 Fevral 2015 [18:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin