Ana səhifə
19 Sentyabr 2018

Onun çox güclü səsi var - Gövhər Həsənzadə

Gövhər Həsənzadə: «Təkcə özü uğur qazanmır, bizim də üzümüzü ağ edir»

 

 

Faiq Sücəddinov: “Elnurun yüksək yerlərin birinə layiq olacağına inanıram”

 

 

 

«Eurovision-2008”də ölkəmizi uğurla təmsil edən Elnur Hüseynov Türkiyədə “O səs Türkiyə” yarışmasına qatıldığı gündən münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanaraq Türkiyə mətbuatının gündəmindən düşmür. TV8 telekanalında Acun İlicalının aparıcı olduğu yarışmanın münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır. İfaçı tanınmış müğənni Ebru Gündeşin komandasında yarışır. Ebru Gündəş onun barəsində hər zaman xoş sözlər deyir, Elnurun çox güclü səsə malik olduğunu bildirir. Həmyerlimiz “Exogenesis Symphony Part 1” əsərini səsləndirərək yarımfinala vəsiqə qazanıb. İfasını bitirdikdən sonra Ebru Gündeş E. Hüseynovun ifası barədə deyib ki, “Mən çox insanlara deyirəm ki, “yaxşı səsin var”. Səninlə birgə bu müsabiqədə yarışan iştirakçıların da yaxşı səsi var. Amma sənin səsin bir başqadır. Düşünürəm ki, musiqidən anlayışı olan hər kəs mənimlə eyni fikirdədir”.

                                        Bəstəkar Gövhər Həsənzadə 

 

İfaçının uğurlu çıxışlarından danışan bəstəkar Gövhər Həsənzadə “Üç nöqtə”yə bildirdi ki, Elnur Türkiyədə artıq uğur qazanıb: “Elnur Türkiyədə gündəmdədir. Hər dəfə də çıxışında Azərbaycandan olmasını qürurla qeyd edirlər. Çünki Azərbaycan sənətinin, estrada ifaçılıq məktəbinin göstəricisidir. Yarışmanın növbəti mərhələsinə keçdi, onu təbrik edirəm. O təkcə özü uğur qazanmır, bizim də üzümüzü ağ edir. Hazırda bir azərbaycanlı kimi, müsabiqədə yalnız Elnur iştirak edir. Peşəkar ifası ilə yarışmanın növbəti mərhələsinə keçdi. Onun çox güclü səsi var, sənətinin peşəkarıdır. Müsabiqələrdə udmaq da, uduzmaq da var. Burada şansdan da çox şey asılıdır. Elnurun yüksək pilləyə çıxacağına inanıram. Bizim gənclərin belə müsabiqələrdə iştirak etməsinə çox müsbət baxıram və onların hər birinin çıxışından çox razıyam».

 

Əməkdar incəsənət xadimi Faiq Sücəddinov

 

Əməkdar incəsənət xadimi Faiq Sücəddinov qeyd etdi ki, Elnurun “O səs Türkiyə”də iştirakını çox yaxşı qarşılayır: “Elnurun çıxışını çox bəyənirəm və ona yüksək bal verirəm. O gün olsun ki, səsi Amerikadan gəlsin. Türkiyədə bizi layiqincə təmsil edir. Hələ ki, finalda qalib gələcəyini heç kim deyə bilməz. Çünki müsabiqədə bir çox amillər var. Amma baxaq görək necə olacaq, bir az da gözləyək. Elnurun birinci olub-olmayacağını bilmirəm, amma yüksək yerlərin birinə layiq olacağına inanıram. O çox böyük səsə malik oğlandır. Azərbaycan vakal məktəbini gözəl, yüksək səviyyədə tərənnüm edir. Uzun illər Bakıda da fəaliyyət göstərdi, Azərbaycanı uğurla “Eurovisison-2008”də təmsil etdi. Ona uğurlar arzu edirəm”.

 

    Bəstəkar-aparıcı Murad Arif

 

 

Bəstəkar-aparıcı Murad Arif isə dedi ki, Elnurun finala qalmasına əmindir: “Düşünürəm ki, Ebru Gündeşin bu layihədə Elnur kimi istedadlı iştirakçısı olmayacaq. Elnur yalnız Azərbaycanın səsi deyil, Türkiyədə də hər tamaşaçının marağındadır. Orada iştirak edən hər bir münsif də ən güclü iştirakçı ilə finala qalmaq istəyir. Elnurun iştirakı həm də Ebru Gündeşin adıdır, o öz adını yüksək tutmaq istəyər. Eləcə də, Elnur istedadlı bir ifaçıdır. Onun yarışmadan çıxarılmasına inanmıram. Düşünürəm ki, onun yeri finaldır».

 

Bildirək ki, “O səs Türkiyə” yarışmasının finala qalan iştirakçıların adaları bəlli olub, Sahil Əkməkçi, Elnur Hüseynov, Osman Vahid Özdal, Məhəmməd Vanal, Sarper Arda Akkaya, Əmrah Güllü, Qaya Aslantəpədir. Yarışmanın final həfətəsi fevralın 16-da başlayacaq. Elnur Hüseynova tanınmış müğənni Demet Akalın da dəstək olur.

 

 

 

Rəqsanə

Tarix
12 Fevral 2015 [17:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin