Ana səhifə
17 Noyabr 2018

Günay Musayevanın kinosu təqdim olundu - FOTO

"Kod Adı: K. O. Z." mart ayında Bakıya gələcək

 

 

Azərbaycanlı model Günay Musayevanın rol aldığı "Kod Adı: K. O. Z." adlı türk filminin təqdimatı baş tutub. Ucnoqta.az-ın məlumatına görə,"Parantez Yapım" və Uğur Yalçınkayanın birgə ərsəyə gətirdiyi ekran əsərində Günay Musayeva Türkiyə Xüsusi Xidmət Organının (MİT) agenti olan Zeynəb

obrazını canlandırıb. Film paralel hökumət qurmaq istəklərindən bəhs edir.

 

Ötən gün təqdimatı baş tutan filmdə G.Musayeva xüsusi xidmət orqanı əməkdaşını canlandırır.

 

Qala gecəsinə qırmızı cəlbedici geyimdə qatılan azərbaycanlı model də belə keyfiyyətli bir işin içərisində olmaqdan xoşbəxt olduğunu deyib. "Hər şeyin gözəl olacağına inanıram".

 

Təqdimatda Musayevanın ayrılıq ərəfəsində olduğu aktyor Tolqa Karel də iştirak edib. Aktyor bu filmin Türkiyədə demokratiyaya doğru atılan addım olduğunu deyib.

 

Qeyd edək ki, filmin Azərbaycanda da təqdimatı nəzrdə tutulub. Bakıda nümayiş mart ayına planlaşdırılıb./ ans press/

Tarix
12 Fevral 2015 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin