Ana səhifə
20 Sentyabr 2018

Həftədə 10 min insan "Ebola"ya yoluxa bilər - XƏBƏRDARLIQ

“Ebola” dünyanı silkələməyə davam edir. Əgər virusun yayılması bu templə davam edərsə, dekabr ayında Qərbi Afrikada yoluxmaların intensivliyi həftədə on min nəfərə çata bilər.
Ucnoqta.az  xəbər verir ki, BMT-nin Ebola ilə fövqəladə mübarizə missiyasının başçısı Entoni Benberi qurumun Təhlükəsizlik Şurasını hadisələrə qlobal səviyyədə müdaxilə etməyə çağırıb. Maliyyə yardımı, avadanlıq, hərbi və mülki əməkdaşlar göndərən bütün ölkələrə təşəkkürünü bildirən Benberi virusla mübarizədə bütün bunların kifayət etməyəcəyindən ehtiyatlandığını deyib.

O, həmçinin qeyd edib ki, Ebolanın hələ qeydə alınmadığı ölkələri qorumaq üçün yeganə düzgün yol virusun hazırda tüğyan etdiyi Liberiya, Qvineya və Serra-Leoneyə kömək göstərməkdir.
Dünya Səhiyyə Təşkilatı qorxunc xəstəliklə mübarizə üçün ilk növbədə xəstəxanalarda yerlərin artırılmasını və virus qurbanlarının cəsədlərinin götürülməsini sürətləndirməyi vacib hesab edir. Belə ki, Serra-Leonenin paytaxtında polis qüvvələri cəsədlərdən birinin iki gün küçədə qalmasından hiddətlənmiş yerli sakinləri dağıtmaq üçün gözyaşardıcı qaz işlətmək məcburiyyətində qalıb.

Tarix
15 Oktyabr 2014 [17:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin