Ana səhifə
17 Noyabr 2018

Astara rayonun inkişafı böyük ümidlər vəd edir

Rayon böyük turizm potensialı var

 

 

Azərbaycanda yaradılmış sosial-iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin edib. Bu strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin inkişafı sürətlənib, əhalinin həyat səviyyəsi yaxşılaşıb. Astara rayonunun sosial-iqtisadi inkişafı da həmişə diqqət mərkəzində olub. Regionların sosital-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları çərçivəsində rayonun hərtərəfli inkişafı üçün önəmli addımlar atılıb və uğurlu nəticələr əldə olunub. Bu proqramlara əsasən müəyyən edilmiş tədbirlərin icrası rayonun davamlı inkişafına, infrastrukturun yeniləşdirilməsinə səbəb olmaqla yanaşı, təbii və iqtisadi poten­sial­dan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artı­rıl­masına və yoxsulluq səviyyəsinin daha da azaldıl­mas­ı­na təkan verib. Astara rayonun  2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları  bunu deməyə əsas verir. Bu məqsədlə  keçirilən yığıncaqda çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə uğurla inkişaf edən müstəqil Azərbaycan dövlətinin 2014-cü ildə dinamik inkişafı təmin edilib, beynəlxalq mövqeləri daha da möhkəmlənib, iqtisadi və sosial proqramlar müvəffəqiyyətlə icra olunub. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, xüsusən də turizm sektorunun inkişaf etdirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların sürətli inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülüb. Həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində əhalinin maddi-rifah halının davamlı olaraq yaxşılaşmasını əyani şəkildə görməkdəyik. 
Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun artması və regionda lider dövlətə çevrilməsi, bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi ölkənin hər yerində, rayonlarda, şəhər, qəsəbə və kəndlərdə tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açır. Ardıcıl olaraq həyata keçirilən möhtəşəm layihələr şəhər, qəsəbə və kəndlərimizi gözəlləşdirir.
2015-ci ildə Birinci Avropa Oyunlarında iştirak edəcək idmançılar, xarici qonaqlar Azərbaycanla daha yaxından tanış olacaq və Azərbaycanın uğurlu inkişaf modelinin bir daha şahidi olacaqlar.
O bildirib ki, Azərbaycan Respublikasının hər yerində olduğu kimi, rayonda da sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər əldə olunub. Çıxışda  2014-cü ildə rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli işlərin görüldüyü qeyd edilib. «Ötən ilin ən unudulmaz və tarixi hadisələrindən biri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə rayonun sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynayan Deqədi-Pəlikəş avtomobil yolunun qısa müddətdə yüksək keyfiyyətlə tikintisi və asfaltlaşdırılması, bu yolda 2 yeni körpünün tikintisi olub. Keçilməz dağlıq əraziləri əhatə edən ucqar kəndlərə yeni asfalt yolunun həmin yaşayış məntəqələrinin inkişafına, əhalinin rahatlığının təmin olunmasına, maddi-rifah halının yaxşılaşmasına  hər cür şərait yaratmaqla yanaşı, turizmin inkişafı üçün geniş imkanlar açmışdır. Belə möhtəşəm bir layihənin ərsəyə gəlməsinə, rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya görə  bütün Astaralılar adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkürümüzü  və hədsiz minnətdarlığımızı bildiririk.  
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də xeyli iş görülüb. Şəhərin Gənclər küçəsində 1,5 km, Suparibağ-Seləkəran kəndi ərazisində 1,5 km,  Kakalos kəndi ərazisində  1 km yol asfaltlaşdırılmış, Pensər – Qamışovka, Pensər-Şahağacı, Astara-Suparibağ-İstisu yolları asfalt-betonla təmir edilmişdir. Siyaku-Şağlazüzə, Siyaku - Marzəsəy avtomobil  yollarında 4 körpü tikilmişdir. Astara şəhərində Maliyyə İdarəsi üçün yeni  inzibati bina tikilib istifadəyə verilib.
Rayon əhalisinin asudə vaxtının səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb edən  şəhərin dəniz sahili boyu 8 hektar  sahədə park-bulvarın tikintisinə başlanmışdır. Burada bulvarın salınması üçün 300 min kub metrə yaxın torpaq daşınıb, sahilboyu 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanmış, müxtəlif növ ağaclar əkilib, yaşıllıqlar salınıb. Bulvarda 14 min kv metr travertin materialı düzülüb, işıqlandırılma sistemi quraşdırılıb, 2 şəlalə və su fontanının tikintisi aparılır. Hazırda Bulvar  ərazisində Uşaq İdman Akademiyasının, mini futbol və voleybol meydançalarının, əyləncə mərkəzinin, çay evi və kafenin, uşaqların əylənməsi üçün attraksionların quraşdırılması, bulvarın yaxınlığında yaşayış massivinin və müasir tipli hotelin tikintisi davam etdirilir»,- Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev deyib.
Onun sözlərinə görə, “Sənaye ili” çərçivəsində Züngüləş kəndi ərazisində   0.3 meqavat gücü olan “Astara-1” su elektrik stansiyasının və Telman kəndində yeni çay emalı fabrikinin tikintisi davam etdirilir. «Çayçılıq sahəsində çox böyük imkanları olan yeni çay fabrikinin tikilməsi mühüm hadisədir. Bu əlavə iş yerlərinin açılmasına imkanlar yaradacaqdır. Son dövrdə rayonda 6498  iş yeri açılmış, bunun da 6082-si daimi iş yeridir. İl ərzində rayonda 625 yeni iş yeri açılıb.
2014-cü ildə əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Astara Qaz İstismarı Sahəsi tərəfindən rayonda müəyyən işlər görülüb. Züngüləş kəndinə yeni qaz xətti çəkilib  124 abonentə təbii qaz verilib. Ötən müddətdə 514 evin qazlaşdırılması həyata keçirilib. Telman kəndində paylayıcı qaz xətləri çəkilmiş, yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində hazırlıq işləri görülüb. Təngərüd kəndində 80, Pensər kəndində 84, Kakalos kəndində 65, Balaca Şahağac kəndində 129 evin qazlaşdırılması həyata keçirilib. Şəhərin Əhəd Muxtar, Nizami küçələrində, Heydər Əliyev prospektində və rayonun Maşxan, Şahağac, Şəvqo kəndlərində, Lovayın, Vaqo yaşayış məntəqəsində cəmi 9 müxtəlif gücdə yeni transformator quraşdırılıb. Dənizkənarı bulvarın ərazisində 1 km məsafədə hava xətti yeraltı kabel xətti ilə əvəz edilib. Ümumilikdə rayonun şəhər, qəsəbə və kəndlərində tamam yararsız olan elektrik xətlərində təmir bərpa işləri aparılıb», -icra hakimiyyəti deyib.

  
Əhalinin keyfiyyətli elektrik enerjisi ilə təminatı sahəsində müəyyən işlər görülsə də bu sahədə çatışmazlıqlar və nöqsanlar hələ də tam aradan qaldırılmadığını söyləyən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev deyib ki, elektrik  transformatorlarına texniki xidmət, qəza vəziyyətində olan  xətt təsərrüfatında vaxtında təmir bərpa işləri görülmədiyindən enerjinin verilməsində tez-tez fasilələr yaranır. «Xüsusilə, ötən ilin oktyabr, noyabr, dekabr aylarında  rayonun əksər yaşayış məntəqələrində günlərlə elektrik enerjisinin  verilməsində fasilələr yaranıb. Elektrik şəbəkəsinin rəhbərliyi mövcud nöqsanların qısa müddətdə aradan qaldırılmasına nail olmazsa, edilən xəbərdarlıqdan ciddi nəticə çıxarmazsa onun barəsində daha təsirli tədbirlər görüləcəkdir.

(ardı var) 

 

 

Tarix
12 Fevral 2015 [19:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin