Ana səhifə
19 Noyabr 2018

Rusiyada qiymət artımı davam edəcək

Neft qiymətlərinin düşməsi isə xaos yarada bilər, ancaq eyni vaxtda bu, sülh də yarada bilər

 

 

Ucnoqta.az” xəbər verir ki, Rusiya Hesablama palatasının proqnozuna görə, embarqo qərarının təsirinə düşmüş ərzaq məhsullarını ölkə qısa bir zamanda yerli istehsal hesabına əvəz edə bilməyəcək. Palatanın hesabatında bu nəticəyə idxal olunan ərzağın həcmilə yerli istehsal həcminin müqayisəsi nəticəsində gəlindiyi qeyd olunur. Mockvanın embarqosuna düşmüş Qərb idxal məhsullarını daxili istehsal və ya alternativ ərzaq hesabına əvəzləmək mümkün olmasa, qiymətlər, çox güman ki, artmaqda davam edəcək.. Hesabatda qeyd olunur ki, bu, ilk növbədə ət və süd məhsullarının qiymətinə aiddir. Problemi dövlət səviyyəsində, misal üşün, subsidiyalar hesabına həll etmək təklif olunur.

Rusiyada ərzaq məhsullarına qiymətin dinamikasına dair rəyini Hesablama palatası Federal büdcə layihəsinin Dövlət Dumasına təqdim olunması ilə bağlı bildirib. Palatanın hesabatında Rosstatın 2013-cü il üçün məlumatına istinad edilib. Həmin mənbəyə əsasən, ötən il ət və ət məmulatları üzrə istehsal güclərinin 34 faizi yüklənməmiş vəziyyətdə qaldığı halda, həmin dövr ərzində mal əti idxalı 59 faiz, donuz əti 31 faiz, quş əti 13 faiz təşkil edib. Pendir məhsulları üzrə idxal həcmi 48 faiz, yerli istehsal güclərinin istifadə olunmamış hissəsi isə 41 faiz təşkil edib. Süd istehsalında isə vəziyyət daha acınacaqlı olub: boş qalan istehsalat gücü 41 faiz olduğu halda, süd idxalı 60 faizə çatıb. Auditorların qənaətincə, qeyd olunan istehsal güclərinin doldurulmasında da problemlər yarana bilər. Belə ki, bir sıra ərzaq məhsullarının istehsalında embarqo siyahısına düşmüş idxal olunan ərzaqdan istifadə olunur. Auditorlar qeyd edir ki, ərzaq idxalının 40 faizi Rusiyaya sanksiya tətbiq etmiş ölkələrin payına düçür (Aİ – 29 faiz, ABŞ - 3,6 faiz, Norvec – 5 faiz, Kanada - 1,6 faiz, Avstraliya - 0,8 faiz). Rusiyaya qarşı ərzaq embarqosunun Ukrayna tərəfindən də yeridiləcəyi halda, idxalı qadağan olunmuş məhsulun həcmi 45 faizə çatacaq. Hesablama palatası vəziyyətdən çıxmaq üçün hökümətə investisiya fəallığının stimullaşdırılması və dəstəklənməsini nəzərdə tutan iqtisadi mexanizmləri hazırlayıb tətbiq etməyi məsləhət görüb. Maraqlıdır ki, Rusiya prezidentinin köməkçisi Andrey Belousov qiymət artımının Moskvanın "antisanksiyaları" ilə əlaqəli olmadığını qeyd edib. Çünki onun təbirincə, Rusiyada ərzaq məhsullarına qiymət artımı embarqodan xeyli əvvəl başlayıb. Xatırladaq ki, Rusiyaya sanksiya tətbiq edən ölkələrdən ərzaq məhsulunun idxalına embarqo Moskva tərəfindən avqust ayında elan edilmişdi.

Hadisələrin bu fonunda Rusiya üçün ən böyük problemin neftin qiymətlərinin düşməsi ilə bağlı olduğu bildirilir. Times qəzeti yazır ki, neftin düşən qiymətləri Putinə ən ağlrılı yerdən zərbə vurur. Qəzet hesab edir ki, Rusiyadan Nigeriyaya qədər neft qiymətlərinin düşməsi xaos yarada bilər. Ancaq eyni vaxtda bu,  sülh də yarada bilər.

Hazırda Rusiyanın öz xərclərini ödəyə bilməsi üçün Putinə neftin bir barrelinin qiymətinin 100 -110 dollar arasında olması lazımdır. Hazırda  dünya bazarında neftin qiyməti 86 dollardır. OPEK üzvü olan ölkələr isə neft hasilatını azaltmaqda maraqlı görünmürlər. Məsələn. Səudiyyə Ərəbistanının hərəkətləri onu göstərir ki, bu ölkə neftin ucuzlaşmasının qarşısını almaq üçün kömək etməyəcək və neftin qiyməti düşməkdə davam edəcək. Bu, Putin üçün dağıdıcı zərbədir. Hətta neftin qiyməti 90 dollara düşəndə Rosneft dövlətdən 37 milyard dollar kömək istədi ki, borc öhdəliklərini yerinə yetirə bilsin. Neftin ucuzlaşması və Rusiyaya tətbiq olunan sanksiyalar isə  rublun məzənnəsinə təsir göstərir. Qeyd edək ki, fevraldakı Soçi olimpiadasından bəri rubl öz dəyərinin 5-də 1-ni itirib. Yalnız Argentina pesosu bu dövrdə bundan pis nəticə göstərib. Putinin böhrana reaksiyası  dövlət nəzarətini gücləndirməkdir. Bu da öz növbəsində investorları qorxudur və onları Rusiyaya sərmayə qoymaqdan uzaqlaşdırır.. Bütün bu vəziyyətdən çıxmaq üçün Putin Ukraynada barışdırıcı mövqeyə gedə bilərmi? Və ya Putin Yaxın Şərqdə Qərblə əməkdaşlıq edə bilərmi? Bütün bunlar neftin qiymətinin düşməyi ilə tamamilə mümkündür. Qəzet yazır ki, Yaxın Şərqdəki bütün müharibələr neftin qiymətini qaldırır. Bundan isə bir ölkə qazanır. O da Rusiyadır. Qəzetin fikrincə, neftin qiyməti düşməkdə davam etsə, ən böyük dəyişiklik Rusiyada olacaq. Putinin neft və qaz sektorunu kleptokratik, yəni oğrular vasitəsilə idarəsi dəyişəcək.  

Rusiyada nəinki neft sektorunda problem yaranıb. Qaz sektorunda da problemlər var. Məsələn, Rusiyanın «Qazprom» şirkətinin xalis gəliri 2014-cü ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə azalıb. Şirkətin açıqladığı hesabata əsasən, bu ilin yanvar-iyun aylarında Rusiya enerji nəhənginin xalis gəliri 451 milyard rubl (11 milyard dollar) təşkil edib. Təhlilçilər qeyd edir ki, şirkətin xalis gəlirinə dair maliyyə nəticələri gözlənildiyindən daha aşağı olub - belə ki, həmin göstərici «Qazprom» üçün bu ilin ilk yarısı ərzində 484,5 milyard rubl (12 milyard dollar) səviyyəsində proqnozlaşdırılmışdı. «Qazprom» şirkətinin ümumi gəliri bu ilin ilk yarısında 2,873 trilyon rubl təşkil edib. Bu rəqəm isə ötən ilin müvafiq dövrünün eyni göstəricisindən 12 faiz artıqdır.

 

 

Samir

Tarix
15 Oktyabr 2014 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin